Qafqaz Universiteti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Anlaşma Memorandumu imzalanmışdır. FOTO


  10 iyul 2012-ci il tarixində Qafqaz Universiteti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında elmi tədqiqat işlərinin aparılması, əməkdaşların qısa və ya uzunmüddətli mübadiləsi və elmi konfransların təşkili sahələrində Anlaşma Memorandumu imzalanmışdır. Memorandum bundan sonra qurumlar arasındakı əməkdaşlığın daha da intensiv davam etməsinə və qarşılıqlı maraq doğuran digər fəaliyyətlərin yerinə yetirilməsində birgə çıxış etmələrinə səbəb olacaqdır.
Anlaşma hər iki qurumun rəhbər heyətinin qatılımı ilə Akademiyanın binasında həyata keçirilmişdir. İlk əvvəl tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının Rektoru Akademik Urxan Ələkbərov bu Anlaşmanın əhəmiyyətindən danışdı və qeyd etdi ki, bu əməkdaşlıqdan meydana gələcək nailiyyətlər nəyinki tərəflər üçün faydalı olacaq, eyni zamanda bu Azərbaycan təhsilinə yeni bir qazanc gətirəcəkdir. O, eyni zamanda vurguladı ki, Qafqaz Universiteti gənc bir universitetdir amma bu qısa zaman ərzində onların gördüyü işləri biz təqdir edirik. Çünki hal hazırda tələbələrin seçdiyi universitetlər arasında Qafqaz Universiteti öndə gəlməkdədir. Bütün bunları nəzərə alaraq mən çox şadam ki, biz bundan sonra Qafqaz Universiteti ilə daha sıx əməkdaşlıq edəcəyik.
Daha sonra çıxış edən Qafqaz Universitetinin Rektoru Prof. Ahmet Saniç qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycanın ən öndə gələn təhsil ocağıdır. Bu qurumun həm müəllim, həm də tələbə kollektivi çox başarılıdır. Bunu biz illərdir təcrübə etmişik. Məsələn qeyd etmək istərdim ki, Dövlət İdarəçilik Akademiyasından bizə magistr oxumağa gələn tələbələr daha çalışqandırlar. Bu bizim üçün çox əhəmiyyətli bir faktordur. Məhz bu səbəbdən biz çox istəkliyik ki, Dövlət İdarəçilik Akademiyası ilə olan əməkdaşlığımız hər müstəvidə davam etsin. İstər beynəlxalq layihələrdə iştirak etmək və istərsədə elmi konfransların həyata keçirilməsində, biz Dövlət İdarəçilik Akademiyasına güvənirk və inanırıq ki, bu əməkdaşlıqdan doğacaq sinerji Azərbaycan təhsili üçün yeni töhvələr verəcəkdir.


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır