Qafqaz Universitetində Yay Məktəbi keçirilir


Gənc Xəzər Mühəndisləri İctimai Birliyinin (XMİB) universitet tələbələri üçün təşkil etdiyi 4-cü Yay Mühəndislik Məktəbi öz işini uğurla davam etdirir. 
İki mərhələli seçim - test və müsahibə əsasında müxtəlif xarici və yerli universitetlərdə təhsil alan 20 tələbə proqramda iştirak etmək hüququ qazanıb. Yay məktəbinə 29 iyun tarixindən start verilib və 5 iyul tarixinədək davam edəcək. Həmişəki kimi bu dəfə də XMİB Yay Məktəbi Qafqaz Universitetində keçirilir. Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, indiyə qədər XMİB müxtəlif Yay və Qış məktəbləri təşkil edib. Proqramın təşkilində əsas məqsəd tələbələrə nəzəri biliklərlə yanaşı real sənayedə baş verən prosesləri aşılamaq, onların komanda şəklində işləmə qabiliyyətlərini inkişaf etdirmək, təzyiq altında işləməyə alışdırmaq, tələbə mühəndis əlaqələrini inkişaf etdirmək, bir sözlə regionda mühəndisliyin inkişafına öz dəyərli tövhələrini verməkdən ibarətdir. Proqramda müxtəlif yerli və xarici şirkətlərdə çalışan peşəkar mühəndislər tərəfindən İnformasiya Texnologiyaları, Neft Mühəndisliyi, Kimya və Proses mühəndisliyi, Liderlik qabiliyyətləri, Layihələrin idarəedilməsi və digər mövzularda seminarlar təşkil olunur. Proqram ərzində müxtəlif komanda oyunları, bilgi yarışmaları, istehsalat müəssisələrinə səyahətlər də keçirilir.

Yay məktəbinin açılış mərasimi iyulun 7-də Kempinski otelində təşkil ediləcək. Mərasimə bütün XMİB üzvləri, Dövlət və media nümayəndələri və XMİB-nin fəaliyyətinə dəstək olan şəxslər dəvət olunacaq.

Nigar
http://www.qafqazinfo.az/news.php?id=21276

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF