Qafqaz Universitetinin bir qrup əməkdaşı Macarıstanda təlim proqramında iştirak etmişdir

Bakı, 25 iyul (AzərTAc). Qafqaz Universiteti Beynəlxalq münasibətlər və Regionşünaslıq bölmələrinin bir qrup əməkdaşı Macarıstanın paytaxtı Budapeşt şəhərindəki Mərkəzi Avropa Universitetinin (CEU) kafedraların tədris proqramlarının inkişaf etdirilməsi ilə bağlı təlim proqramında iştirak etmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, Mərkəzi Avropa Univsitetinin Kurikulum Resurs Mərkəzi tərəfindən təşkil olunmuş təlim proqramında əsas diqqət tədris planının inkişaf etdirilməsi və yeni tədris proqramlarının hazırlanmasına yetirilmişdir.
Eyni zamanda, CEU-un mütəxəssisləri tərəfindən yeni tədris proqramlarının hazırlanması mövzusunda təqdimatlar olmuş, bu mövzuda Avropa və Amerikanın tanınmış ali təhsil qurumlarının təcrübəsi müqayisəli şəkildə təhlil edilmişdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır