Qafqaz Universitetinin müəllimləri Macarıstanın paytaxtı Budapeştdə


26.07.2012 | 8 dəfə oxunub

Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi Beynəlxalq Münasibətlər və Regionşünaslıq Bölmələrinin əməkdaşları: Nəriman Qaraxani, Yaşar Ehtibarlı, Anar İskəndərov, Müşfiq Eminov və Aqşin Umudov 2012-ci ilin 10-16 İyun tarixləri arasında Macarıstanın paytaxtı Budapeşt şəhərində Mərkəzi Avropa Univsitetinin (CEU) Kurikulum Resurs Mərkəzi (Curriculum Resource Center) tərəfindən təşkil olunmuş Kafedraların Tədris proqramlarının İnkişaf etdirilməsi ilə bağlı təlim proqramında iştirak etmişlər. Tədbirə müxtəlif ölkələrdən iştirakçılar qatılmışdır.
Təlim proqramında əsas diqqət tədris planının inkişaf etdirilməsi və yeni tədris proqramlarının hazırlanmasına ayrılmışdır. Tədris planlarının inkişaf etdirilməsi sahəsində CEU-un təcrübəsinin oyrənilməsinə diqqət yetirilmiş və bu mövzuda region ölkələrinin müxtəlif universitetlərini təmsil edən iştirakçılarla fikir mübadiləsi aparılmışdır. Yeni tədris proqramlarının hazırlanması mövzusunda isə CEU-un təcrübəli mütəxəsisləri tərəfindən təqdimatlar verilmiş və bu mövzuda Avropa və Amerikanın tanınmış ali təhsil qurumlarının təcrübəsi müqayisəli şəkildə təhlil edilmişdir.
Təlim proqramı müddətində əməkdaşlarımız CEU-un zəngin resurslara malik kitabxanasından istifadə etmək imkanına sahib olmuşlar və bu fürsətdən istifadə edərək tədris etdikləri dərslərlə bağlı yetərincə yararlı mənbə və materiyallar toplamışlar. Bununla yanaşı Kurikulum Resurs Mərkəzi hər bir əməkdaşımıza öz araşdırma sahələri ilə bağlı 250 ABŞ dolları dəyərində kitab almaq imkanı vermişdir və əməkdaşlarımız bundan faydalanaraq kafedramıza lazımlı kitablar almışlar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır