Qafqaz Universitetinin rəhbərliyi BP Azərbaycan şirkətini ziyarət etmişlər.

Qafqaz Universitetinin rektoru Prof. Dr. Ahmet Saniç rəhbərlik etdiyi bir qrup professor-müəllim heyəti ilə 29 iyun 2012-ci il tarixində BP Azərbaycan şirkətini ziyarət etmişlər. 
Səmimi  bir  şəraitdə başlayan  görüşdə BP Azərbaycan   şirkətinin  prezidenti  Rəşid Cavanşir qonaqları salamlayaraq, BP Azərbaycan şirkəti ilə Qafqaz Universiteti arasında olan yüksək səviyyəli əməkdaşlıqdan bəs etmişdir. Nitqində BP Azərbaycan Şirkətin prezidenti Rəşid Cavanşir Qafqaz Universitetinin Azərbaycanda yüksək səviyyəli imicə sahib olan universitet olduğunu vurğulamışdır. 
Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonaq pərvərliyə və universitetlə əməkdaşlığa verdiyi əhəmiyyətə görə BP Azərbaycan şirkətinin prezidentinə və əməkdaşlarına minnətdarlığını bildirmişdir. 
Rektor dünyanın inkişaf etmiş ölkələrində universitetlər və iş dünyası arasındakı yüksək səviyyəli əməkdaşılıklara diqqəti çəkərək Qafqaz Universiteti ilə BP Azərbaycan şirkəti arasındakı əməkdaşlıq nəticəsində universitetimizin  tələbələri  günün tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəsislər kimi yetişmələrinə və ölkəmizin inkişafına öz müsbət töhvəsini verəcəklərinə inandığını bildirmişdir. 
Bu əməkdaşlığa misal olaraq BP Azərbyacan şirkətinin Qafqaz Universitetində yüksək ixtisaslı mühəndis kadrların yetişdirilməsi üçün qurmuş olduğu Kimya mühəndisliyi və Mexanika mühəndisliyi laboratoriyalarını gösdərmək olar. Səmimi görüş zamanı tərəflər  arasında hal hazırda davam etdirilən layihələr və gələcəkdəki əməkdaşlıqlar haqqında müzakirələr aparıldı. 
Görüşün sonunda Qafqaz Universitetində 7 May tarixində təşkil olunmuş `Bahar Şənliyi` programında müxtəlif  naminasiyalar üzrə tələbələr arasında keçirilmiş rəy sorğusunda ilin xarici şirkəti seçilmiş BP Azərbaycan şirkətinin plaketini Qafqaz Universitetinin rektoru Ahmet Saniç BpAzərbaycan  şirkətin prezidenti Rəşid Cavanşirə təqdim etmişdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır