30 Ağustos 2012 Perşembe

Qafqaz Universitetində yeni tədris ilinin açılış proqramı 15 sentyabr 2012-ci il saat 11:00-da keçiriləcəkdir

Qafqaz Universitetində 2012-2013-cü tədris ilinin başlanğıcı“Bilik Günü” münasibətilə təntənəli “Açılış Proqramı” təşkil olunacaqdır. 

Tədbir 15 sentyabr 2012-ci il saat 11:00-da Qafqaz Universitetinin Rektorluq binasında keçiriləcəkdir.

Qafqaz Universiteti rəhbərliyi “Bilik Günü” proqramında ənənəvi olaraq universitetə qəbul olunmuş yüksək ballı tələbələri mükafatlandırır ki, bu da valideynlər və tələbələr tərəfindən rəğbətlə qarşılanır.
Qeyd edək ki, artıq bir neçə ildir respublikanın dövlət və özəl universitetlərinin reytinq göstəriciləri cədvəlində ilk 3 universitetdən biri olan Qafqaz Universitetini ənənəvi olaraq yüksək ballı abituriyentlər seçirlər. 2010-2011-ci və 2011-2012-ci tədris illəri qəbul imtahanlarında ən yüksək – 700 bal nəticə göstərmiş abituriyentlərdən ümumilikdə 8 nəfəri Qafqaz Universitetinə qəbul olunmuşdular. Bu ilki qəbul imtahanlarında da 700 maksimum bal toplamış 2 abituriyent universitetitə qəbul olunmuşdur.

29 Ağustos 2012 Çarşamba

Qafqaz Universitetində qeydiyyat davam edir- VİDEO

Qafqaz Universitetinə qəbul olmuş abituriyentlərin qeydiyyatı davam edir.
Universitetə qəbul olmuş bütün abituriyentlərə uğurlar arzulayırıq!

28 Ağustos 2012 Salı

9 nəfər 700 bal....

Araz Kursları fəaliyyət tarixi boyu 9 nəfər 700 bal, 137 nəfər prezident təqaüdçüsü və 1427 nəfər 600 bal toplamışdır.

27 Ağustos 2012 Pazartesi

Qafqaz Universitetinə 2012 - 2013 tədris ilində qəbul olmuş abituriyentlərin qeydiyyatı davam edir- FOTO


 Qafqaz Universiteti  2012 - 2013  tədris ili tələbə qeydiyyatı üçün 
lazım olan sənədlər
1          Attestat
2          Şəxsiyyət vəsiqəsinin əsli (surəti ilə birlikdə)
3          Hərbi bilet vəya çağırış vərəqəsinin surəti  (oğlanlar üçün)
4          Yaşayış yerindən arayış
5          Sağlamlıq haqqında arayış
6          6 ədəd 3x4 ölçüsündə fotoşəkil  (son 6 ayda çəkilmiş)
7          Ödənişli isə təhsil haqqının ən azı 50 % -i
8          TQDK ödəmə kartı (iş nömrəsi və şifrə)


















19 Ağustos 2012 Pazar

Qafqaz Marşı



Söz: Təyyar Mustafayev
Musiqi: Əhəd Məmmədov
(Qafqaz Məzunları)
23/03/2003

Qafqazım, təhsilin, elmin ünvanı,
Adınla yazılır dostluq dastanı,
Üç rəngli bayrağın sənsən dayağı,
Şöhrətin bürüyür Azərbaycanı.
                  
Qafqazım, Qafqazım, canım Qafqazım,
Dillərdə əzbərdir adın Qafqazım.
Sən hikmət işığım, gənclik nişanım,
Səni alqışlayır Azərbaycanım
                  
Müqəddəs ocağın elmin gur səsi,
Tələbən, məzunun zəka zirvəsi,
Sən ey nəsillərin çağlayan səsi,
Sən ey arzuların açan qönçəsi
                  
Qafqazım, Qafqazım, canım Qafqazım,
Dillərdə əzbərdir adın Qafqazım.
Sən hikmət ışığım, gənclik nişanım,
Səni alqışlayır Azərbaycanım.

`QAFQAZ`ın tarixindən:Hüquq Klinikası Haqqında (2003-cü il)


Ötən bülletenimizdə Qafqaz Universitetində   fiziki  və hüquqi şəxslərə pulsuz hüquqi yardım və məsləhətlər verildiyi barədə mə’lumat vermişdik.
Burada Qafqaz Universiteti  Beynəlxalq  Hüquq  fakultəsinin müəllimləri, bu fakultənin  3-cü və 4-cü kurs tələbələri işləyirlər. Ümumiyyətlə bu klinikanın fəaliyyətləri iki istiqamətdə aparılır:Birinci olaraq tələbələr üçün hüquq məsələləri ilə əlaqadar təcrübələr aparmaq. İkincisi  isə bütün vətəndaşlara  pulsuz hüquqi yardım göstərməkdir.
Bu  günə qədər on nəfər  pulsuz hüquqi yardım almışdır. Bu yaxınlarada  Beynəlxalq hüquq fakultəsinin 3-cü kurs tələbəsi  Firuz Şıxəliyev iddia ərzəsi ilə əlaqadar məhkəmədə bir vətəndaşı təmsil edəcəkdir.
Əlavə olaraq onu da bildirmək istəyirəm ki, hüquq məsləhəti almaq istəyənlər  38-72-46  nömrəli telefona da zəng edə bilərlər.
Biz də öz növbəmizdə hüquq klinikasının təşkilatçılarına  və burada işləyənlərə gələcək  işlərində uğurlar arzulayırıq.

  Beynəlxalq Hüquq Fakultəsinin müəllimi  Fərhad Mehdiyev hüquq məsləhəti verərkən.

Ramazan Bayramınız Mübarek!


18 Ağustos 2012 Cumartesi

700 bal toplayan abituriyentlər hansı universitetləri seçdilər? - SİYAHI

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə qəbul olan abituriyentlərin adlarını açıqlayıb. Modern.az builki imtahanlarda 700 bal toplamaqla rekord göstərici əldə edən abituriyentlərin hansı ali məktəblərə qəbul olunduğunu dəqiqləşdirib.
III ixtisas qrupu üzrə ən yüksək bal toplayan Sabunçu rayon 72 saylı məktəb-liseyin məzunu Xeyransə Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə qəbul olub. Arzuladığı fakültəyə qəbul olduğunu deyən X.Əliyeva uğurlarını bundan sonra da davam etdirəcəyini bildirib.
II ixtisas qrupu üzrə 700 bal toplayan Qazax rayon, Ürkməzli kənd sakini Orxan Səfərov isə Qazqaz Universitetinin Sənayenin təşkili və idarəetmə fakültəsinə daxil olub.
Həmin qrup üzrə maksimum nəticə qazanan digər abituriyent, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Nərgiz Məzahirqızı da Qafqaz Universitetinin Dünya iqtisadiyyatı fakültəsinə qəbul olduğunu deyib.
IV qrupda topladıqları 700 balla digər abituriyentlərdən fərqlənən Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunları Kamil Sərdarlı və Kamran Həmidovun hər ikisi Azərbaycan Tibb Universitetinə qəbul olublar. Eyni sinifin məzunları olan rekordçular ATU-nun Müalicə işi  fakültəsində də bir yerdə təhsillərini davam etdirəcəklər.
Qeyd edək ki, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 5 məzun 700 bal toplaya bilmişdi.
Anar RÜSTƏMOV
http://modern.az/articles/27702/1/

II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentlər Qafqaz Universitetində oxuyacaqlar

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə qəbul olan abituriyentlərin adlarını açıqlayıb.

II ixtisas qrupu üzrə 700 bal toplayan Qazax rayon, Ürkməzli kənd sakini
Orxan Səfərov isə Qafqaz Universitetinin sənayenin təşkili və idarəetmə fakültəsinə daxil olub.

Həmin qrup üzrə maksimum nəticə qazanan digər abituriyent, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu
Nərgiz Məzahirqızı da Qafqaz Universitetinin dünya iqtisadiyyatı fakültəsinə qəbul olduğunu deyib.

III ixtisas qrupu üzrə ən yüksək bal toplayan Sabunçu rayon 72 saylı məktəb-liseyin məzunu Xeyransa Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə qəbul olub. Arzuladığı fakültəyə qəbul olduğunu deyən X.Əliyeva uğurlarını bundan sonra da davam etdirəcəyini bildirib.

IV qrupda topladıqları 700 balla digər abituriyentlərdən fərqlənən Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunları Kamil Sərdarlı Kamran Həmidovun hər ikisi Azərbaycan Tibb Universitetinə qəbul olublar. Eyni sinfin məzunları olan rekordçular ATU-nun müalicə işi fakültəsində də bir yerdə təhsillərini davam etdirəcəklər.

Qeyd edək ki, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 5 məzun 700 bal toplaya bilmişdi.

Milli.Az
URL: http://www.milli.az/news/society/132998.html

14 Ağustos 2012 Salı

Bakıda “Kibernetika və informatika problemləri” IV Beynəlxalq konfrans keçiriləcək

12-14 sentyabr 2012-ci il tarixində Bakı şəhərində "Kibernetika və informatika problemləri" (PCI’2012-IV International Conference "Problems of Cybernetics and Informatics") IV Beynəlxalq konfransı keçiriləcək.

Konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, "Abdus Salam" Nəzəri Fizika Beynəlxalq Mərkəzi, AMEA Kibernetika İnstitutu, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, BDU Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutudur.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Təşkilat Komitəsindən (TK) məlumat verilib. TK-dan bildirilib ki, konfransda ABŞ, Rusiya, Almaniya, İtaliya və digər ölkələrdən aparıcı alimlərin iştirakı nəzərdə tutulur: "Müsbət rəy alan məruzələr konfransın açılışına qədər konfransın "Əsərlər"ində çap olunacaq və "www.pci2012.science.az" saytında yerləşdiriləcək".

HƏQİQƏT 
http://www.ictnews.az/read-16073-news-1.html 

12 Ağustos 2012 Pazar

Uyumsoft Akademi ile Kafkas Üniversitesi işbirliği devam ediyor


Azerbaycanlı öğrenciler 2012 yılı yaz stajlarını, Uyumsoft Akademi’de yaptı.
Azerbaycan Kafkas Üniversitesi’nden endüstri mühendisliği bölümü öğrencileri, 2012 yaz stajlarını, Uyumsoft Akademi’de yaptı.
Bu yıl, 16 Temmuz ile 8 Ağustos 2012 tarihleri arasında düzenlenen staj programında, Azerbaycanlı öğrenciler, hem teorik hem uygulamalı bir eğitim çalışmasına katıldı.
Uyumsoft Akademi stajına katılan öğrenciler; sistem tanımları, yetkilendirme, Log işlemleri gibi konularda eğitim aldı.
Uyumsoft uzmanları tarafından, sosyal sorumluluk projesi kapsamında, yurtiçi ve yurtdışındaki öğrencilere verilen eğitimler, gençlerin bilgi birikimi ve tecrübesini arttırmasının yanı sıra, iş bulmalarına imkan tanımaktadır.
Uyumsoft, 650’ye yakın gence eğitim semineri verip, iş dünyasına kazandırdı
Türkiye’nin sektöründe lider yerli yazılım ve danışmanlık firması Uyumsoft Bilgi Sistemleri ve Teknolojileri AŞ, sosyal sorumluluk projesi kapsamında, 2005 yılından itibaren, ülkemizin yanı sıra yurtdışından ilgili mühendislik bölümlerinde okuyan öğrenciler başta olmak üzere, sektördeki gençlere ‘Yazılım ve ERP eğitimleri’ vermektedir. 7 yılda, 650’ye yakın gence eğitim semineri veren Uyumsoft, aynı zamanda gençlerin, özel sektörde hizmet verdiği müşterilerinde istihdam edilmesini de sağlayarak, iş dünyasına kazandırmaktadır.
Bilişim sektörüne kalifiye insan kaynağı yetiştirmeye devam ediyor
Uyumsoft’un dün olduğu gibi bugün ve gelecekte, bilişim sektörüne kalifiye insan kaynağı yetiştirmeye devam edeceğini kaydeden Uyumsoft Genel Müdür Yardımcısı Hüseyin Şahin, şunları söyledi:
“Uyumsoft olarak, yurtiçi ve yurtdışında, özel sektör- kamuda başarılı projelere imza attık ve atmaya devam ediyoruz. Sahip olduğumuz bilgi birikimi ve tecrübemizi, geleceğimiz olan gençlerimiz ile paylaşmak için sosyal sorumluluk projesi olarak hayata geçirdiğimiz ‘Uyumsoft Akademi’nin, sektörümüze kazandırdığı gençlerimizi iş dünyasında görmekten büyük mutluluk duyuyoruz. Gençlere yaptığımız yatırım, firmamızın en büyük kazanımlarından birisidir. Ülkemiz, Türki Cumhuriyetler ve Afrika ülkeleri başta olmak üzere, çeşitli ülkelerden bilişim sektörüne, kalifiye insan kaynağı yetiştirmeye devam edeceğiz” diye konuştu.
Azerbaycanlı öğrencilerin görüşleri
Uyumsoft’un uzmanları Emrah Demirbaş ve Bedir Orhan tarafından verilen staj eğitimine katılan Azerbaycan Kafkas Üniversitesi Endüstri Mühendisliği bölümü öğrencileri, şunları kaydetti:
>>Emin İsmayılov, “Uyumsoft’ta aldığımız staj eğitiminin, gelecekte iş hayatımıza çok büyük katkısı olacağını düşüyorum. Kurumsal Kaynak Planlama (ERP) adını duyuyorduk, ancak süreç hakkında bilgimiz yoktu. Hem Erp konusunu, hem endüstri mühendisliğinin net olarak ne yapacağını öğrenmiş olduk” dedi.
>>Sərxan Nəcəfli, “Uyumsoft uzmanlarının verdiği bilgiler ışığında, çok başarılı bir staj eğitimi gerçekleşti. Üretim ve planlama hakkında yeni bilgiler öğrendik” dedi.
>>Səmədağa Səmədzadə, “3 hafta boyunca aldığımız eğitim, gelecek iş yaşantımıza çok büyük katkıda bulunacaktır. Uyumsoft’un bilgi birikimi yüksek uzmanlarından, güncel ve geleceğe ilişkin yeni bilgiler edindik” dedi.
>>Pərvin Rüstəmov, “Önceleri, ERP hakkında çok şey duymuştuk. Ancak, hiç uygulama yapmamıştık. Uyumsoft, bize uygulama yapma imkanı sağladı. Çok başarılı ve verimli bir staj dönemi oldu”
http://www.kobipostasi.net/2012/08/10/uyumsoft-650%E2%80%99ye-yakin-genci-is-dunyasina-kazandirdi/
http://www.maxihaber.net/fotolar/2012_foto/agustos_2012/mh_uyumsoft_isbirligi_10082012.htm

Azerbaycanlı öğrenciler 2012 yılı yaz stajlarını, Uyumsoft Akademi’de yaptı


3
azerbaycan-uyumsoft-erp-ogrencilerERP HABER - Uyumsoft Akademi ile Kafkas Üniversitesi işbirliği devam ediyor. Azerbaycan Kafkas Üniversitesi’nden endüstri mühendisliği bölümü öğrencileri, 2012 yaz stajlarını,Uyumsoft Akademi’de yaptı.
Bu yıl, 16 Temmuz ile8 Ağustos 2012 tarihleri arasında düzenlenen staj programında, Azerbaycanlı öğrenciler, hem teorik hem uygulamalı bir eğitim çalışmasına katıldı.
Uyumsoft Akademi stajına katılan öğrenciler; sistem tanımları, yetkilendirme, Log işlemleri gibi konularda eğitim aldı.
Uyumsoft uzmanları tarafından, sosyal sorumluluk projesi kapsamında, yurtiçi ve yurtdışındaki öğrencilere verilen eğitimler, gençlerin bilgi birikimi ve tecrübesini arttırmasının yanı sıra, iş bulmalarına imkan tanımaktadır.
Uyumsoft, 650’ye yakın gence eğitim semineri verip, iş dünyasına kazandırdı
Türkiye’nin sektöründe lider yerli yazılım ve danışmanlık firması Uyumsoft Bilgi Sistemleri ve Teknolojileri AŞ, sosyal sorumluluk projesi kapsamında, 2005 yılından itibaren, ülkemizin yanı sıra yurtdışından ilgili mühendislik bölümlerinde okuyan öğrenciler başta olmak üzere, sektördeki gençlere ‘Yazılım ve ERP eğitimleri’ vermektedir. 7 yılda, 650’ye yakın gence eğitim semineri veren Uyumsoft, aynı zamanda gençlerin, özel sektörde hizmet verdiği müşterilerinde istihdam edilmesini de sağlayarak, iş dünyasına kazandırmaktadır.
Bilişim sektörüne kalifiye insan kaynağı yetiştirmeye devam ediyor
Uyumsoft’un dün olduğu gibi bugün ve gelecekte, bilişim sektörüne kalifiye insan kaynağı yetiştirmeye devam edeceğini kaydeden UyumsoftGenel Müdür Yardımcısı HüseyinŞahin, şunları söyledi:
“Uyumsoft olarak, yurtiçi ve yurtdışında, özel sektör- kamuda başarılı projelere imza attık ve atmaya devam ediyoruz. Sahip olduğumuz bilgi birikimi ve tecrübemizi, geleceğimiz olan gençlerimiz ile paylaşmak için sosyal sorumluluk projesi olarak hayata geçirdiğimiz ‘Uyumsoft Akademi’nin, sektörümüze kazandırdığı gençlerimizi iş dünyasında görmekten büyük mutluluk duyuyoruz. Gençlere yaptığımız yatırım, firmamızın en büyük kazanımlarından birisidir. Ülkemiz, Türki Cumhuriyetler ve Afrika ülkeleri başta olmak üzere, çeşitli ülkelerden bilişim sektörüne,  kalifiye insan kaynağı yetiştirmeye devam edeceğiz” diye konuştu.
Azerbaycanlı öğrencilerin görüşleri
Uyumsoft’unuzmanları Emrah Demirbaş ve Bedir Orhan tarafından verilen staj eğitimine katılan Azerbaycan Kafkas Üniversitesi Endüstri Mühendisliği bölümü öğrencileri, şunları kaydetti:
*Emin İsmayılov, “Uyumsoft’ta aldığımız staj eğitiminin, gelecekte iş hayatımıza çok büyük katkısı olacağını düşüyorum. Kurumsal Kaynak Planlama (ERP) adını duyuyorduk, ancak süreç hakkında bilgimiz yoktu. Hem Erp konusunu, hem endüstri mühendisliğinin net olarak ne yapacağını öğrenmiş olduk” dedi.
*Serxan Necefli, “Uyumsoft uzmanlarının verdiği bilgiler ışığında, çok başarılı bir staj eğitimi gerçekleşti. Üretim ve planlama hakkında yeni bilgiler öğrendik” dedi.
*Semedağa Semedzade, “3 hafta boyunca aldığımız eğitim, gelecek iş yaşantımıza çok büyük katkıda bulunacaktır. Uyumsoft’un bilgi birikimi yüksek uzmanlarından,güncel ve geleceğe ilişkin yeni bilgiler edindik” dedi.
*Pervin Rüstemov, “Önceleri, ERP hakkında çok şey duymuştuk. Ancak, hiç uygulama yapmamıştık. Uyumsoft, bize uygulama yapma imkanı sağladı. Çok başarılı ve verimli bir staj dönemi oldu”

700 bal toplayan Orxan ali təhsilini Qafqaz Universitetində almaq istəyir

II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent Qazax rayonun Ürkməzli kənd sakini Səfərov Orxan Arif oğludur. O, sakini olduğu kəndin orta məktəbində təhsil alıb. Qeyd edimki həmin kənd məktəbi savadlı müəllimləri nizam intizam və abuturiyentlərin göstərdiyi nəticələri ilə rayonda həmişə fərqlənib.
Orxanı tanıyanlar uşaqlıqdan dərslərini yaxşı oxuduğunu bildirdilər. 9-cu sinifdən  repiditor xidmətindən istifadə edən Orxan imtahana ciddi hazirlaşdığını amma bütün abuturiyentlər kimi nəticəni əvvəlcədən bilmədiyini, yalnız imtahandan sonra 700 bal topladığını və cox sevindiyini qeyd etdi. Bu nailiyyətə tək o yox onun valideynləri, müəllimləri və rayon sakinləri sevinirlər.
  Bu uğuruna görə o valideynləri müəllimləri ilə yanaşı qardaşına minnətdar olduğunu bildirdi. Ötən il yuksək  bal toplayaraq Qafqaz universitetini seçən qardaşı Elnur həmişə ona mənəvi dəstək olub.
  İmtahan təəssuratalrını bölüşən qəhrəman bildirdiki: "Suallar mənim üçün bir o qədər də çətin deyildi. İmtahan zamanı fikirləşirdim ki, 700 bal toplaya bilərəm. Sualların düzgün cavabları televiziya vasitəsi ilə açıqlananda artıq bildik ki, 700 bal toplamışam. Amma yenə də inanmırdım, düşünürdüm ki, bəlkə 700-dən aşağı da ola bilər. Dünən rəsmi cavablar açıqlananda çox sevindim. Bu mənim üçün, təmsil etdiyim rayon üçün böyük uğurdur."

Orxan  da qardaşı kimi ali təhsilini  Qafqaz Universitetində almaq istəyir: "Qafqaz Universitetinin Sənaye mühəndisliyi ixtisasını seçmək istəyirəm. Qardaşımda orda oxuyur oranın təhsilindən razıyıq."

http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=44473

10 Ağustos 2012 Cuma

Qafqaz Universitetinin növbəti uğuru

10 Avqust 2012 - №31 Qafqaz Universiteti 2012-ci ildə Avropa İttifaqı tərəfindən dəstəklənən 3 TEMPUS və 2 Erasmus Mundus layihələrində iştirak edəcək. Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, Avropa universitetləri ilə əməkdaşlığı və tərəfdaş universitetlərin modernləşdirilməsini hədəfləyən TEMPUS ali təhsil proqramı Avropa universitetləri ilə tərəfdaş ölkələr arasında Avropa standartlarına dair təcrübənin bölüşülməsi, əmək bazarının tələblərinə uyğun kadr potensialının hazırlanması, təlim-tədris prosesində ən müasir metodlardan istifadə, universitetlərdə idarəetmənin təkmilləşdirilməsi, ali təhsildə islahatlar, yeni informasiya texnologiyalarının yaradılması və tətbiqi, eləcə də universitetdə qeyri-akademik heyətin hazırlığı kimi sahələrdə əməkdaşlıqlar qurularaq bu sahələrin inkişafını nəzərdə tutur.
Bundan öncəki illərdə Qafqaz Universiteti Avropa ali təhsil ocaqları tərəfindən idarə edilən layihələrdə iştirak edirdisə də, bu il  Aİ tərəfindən maliyyələşdiriləcək layihəni koordinator olaraq idarə edəcəkdir. E-NOTES layihəsi 3 il ərzində ölkənin müxtəlif bölgələrində ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə edərək müasir  təlim metodlarıyla tədris vermək, ali təhsil müəssisələrində İKT təlimlərinin və tədris materiallarının  tərtibini və nəşrini Avropa standartlarına uyğunlaşdırmaq, ali məktəblərdə göstərilən xidmətlərin keyfiyyətini artırmaq, müasir  metodlardan istifadə edərək tədqiqatlara dəstək vermək, universitetlərdə akademik və inzibati heyətin kadr potensialını yaxşılaşdırmaq məsələlərini nəzərdə  tutur. Azərbaycanla yanaşı, E-NOTES layihəsində İsveç, İspaniya, Latviya, Litva və Polşadan universitetlər də tərəfdaş kimi iştirak edəcəklər.
Qafqaz Universiteti bundan əlavə, 2 Avropa universiteti tərəfindən idarə ediləcək layihədə tərəfdaş universitet kimi iştirak edəcəkdir. İtaliyanın Dell’Aquila Universiteti tərəfindən təqdim edilmiş birinci layihənin əsas hədəfi tələbələrə təqdim edilən xidmətlərin inkişaf etdirilməsini, məzun koordinasiyası və məzunların karyera planlamasını, bu sahədə fəaliyyət göstərəcək heyətin Avropa universitetlərində təlimlərini təşkil etmək, beynəlxalq standartlara cavab verən xidmət keyfiyyəti təminatı mexanizmlərini işləyib hazırlamaqdır. Layihə üç il ərzində Azərbaycan, Gürcüstan, İsrail, Qazaxıstan və Qırğızıstanda həyata keçiriləcəkdir. Latviyanın Riqa Texniki Universiteti tərəfindən təqdim ediləcək enerji səmərəliliyi tədrisinin inkişafı və təlim şəbəkəsinin qurulmasını hədəfləyən ikinci layihə isə üç il ərzində Azərbaycan, Belarus və Kosovoda həyata keçiriləcəkdir.
Tələbə və müəllim mübadiləsi layihəsi olan Erasmus Mundus proqramı çərçivəsində isə Qafqaz Universiteti iki konsorsiumla qalib olmuşdur.
Xatırladaq ki, keçən il Qafqaz Universiteti üç TEMPUS və bir Erasmus Mundus layihəsini qazanmışdır. Bu layihələrlə Qafqaz Universitetində Avropa universitetləri ilə birlikdə iki yeni magistr proqramı başlanacaqdır. 
Yusif ƏLİYEV

8 Ağustos 2012 Çarşamba

Qafqaz Universiteti 3 Tempus və 2 Erasmus Mundus layihəsilə növbəti uğurunu qazanıb

Cari 2012-ci il Avropa İttifaqı tərəfindən dəstəklənən Tempus və Erasmus Mundus layihələrində Qafqaz Universiteti 3 Tempus və 2 Erasmus Mundus layihəsilə növbəti uğurunu qazanıb. Tempus tərəfdaş ölkələrdə olan təhsil müəssisələrin Avropadakı universitetlərlə əməkdaşlığı və əməkdaş universitetlərin modernizasiyasını hədəfləyən Avropa İttifaqı ali təhsil proqramıdır. Proqram çərçivəsində Avropa universitetləri ilə tərəfdaş ölkələr arasında Avropa standartlarına dair təcrübənin bölüşülməsi, əmək bazarının tələblərinə uyğun kadr potensialının hazırlanması, təlim tədris prosesində ən müasir metodlardan istifadə, universitetlərdə idarəetmənin təkmilləşdirilməsi, ali təhsildə islahatlar, yeni informasiya texnologiyaların yaradılması və tətbiqi, eləcədə universitetdə qeyri-akademik heyətin hazırlığı kimi sahələrdə əməkdaşlıqlar qurularaq bu sahələrin inkişafı nəzərdə tutulmuşdur.
Bundan öncəki illərdə Qafqaz Universiteti Avropa ali təhsil ocaqları tərəfindən idarəedilən layihələrdə iştirak edirdisə də, bu il Qafqaz Universiteti Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək layihəni kordinator olaraq idarəedəcəkdir. E-NOTES layihəsi 3 il ərzində ölkənin müxtəlif bölgələrində ali təhsil müəssisələrində İnformasiya Kommunikasiya Texnologiyalarından (İKT) istifadə edərək müasir təlim metodlarıyla tədris vermək, ali təhsil müəssisələrində İKT təlimlərinin və tədris materiallarının tərtibinin və nəşrinin Avropa standartlarına uyğunlaşdırmaq, ali məktəblərdə verilən xidmətlərin keyfiyyətini artırmaq, müasir metodlardan istifadə edərək tədqiqatlara dəstək vermək, univeristetlərdə akademik və administrativ heyyətinin kadr potensialının yaxşılaşdırılmasını hədəfləmişdir. Azərbaycanla yanaşı E-NOTES layihəsində İsveç, İspaniya, Latvia, Litva və Polşadan olan universitetlər tərəfdaş kimi iştirak edəcəkər.

Qafqaz Universiteti bundan əlavə olaraq iki avropa universiteti tərəfindən idarəediləcək layihədə tərəfdaş universitet kimi iştirak edəcəkdir. Layilərədən birincisi İtaliyanın Dell’Aquila Universiteti tərəfindən təqdim edilmiş, tələbələrə təqdim edilən xidmətlərin inkişaf etdirilməsini, məzun koordinasiyası və məzunların karyera planlamasını, bu sahədə fəaliyyət göstərəcək heyyətin avropa universitetlərində təlimlərini təşkil etmək, beynəlxalq standartlara cavab verən xidmət keyfiyyəti təminatı mexanizmlərini işliyib hazırlamaq layihənin əsas hədəfləridir. Layihə üç il ərzində Azərbaycan, Gürcistan, İsrail, Qazaxıstan və Qırğızıstanda həyata keçiriləcəkdir. İkinci layihə isə Latviyanın Riqa Texniki Universiteti tərəfindən təqdim edilən enerji səmərəliliyi tədrisinin inkişafı və təlim şəbəkəsinin qurulmasını hədəfləyən layihə üç il ərzində Azərbaycan, Belarusiya və Kosovoda həyata keçiriləcəkdir.
Erasmus Mundus proqramı çərçivəsində isə Qafqaz Universiteti iki konsorsiumla qalib olmuşdur. Erasmus Mundus tələbə və müəllim mübadiləsi proqramı olub, tərəfdaş ölkələrdə beynəlxalq əməkdaşlığı təşviq etmək, elmi biliklərin mübadiləsini təşviq etmək, tərəfdaş ölkələrdəki tələbə, müəllim və idari heyyətinin mübdiləsi, tərəfdaş universitetlərdə kadr potensialını yüksəltməyi, ölkələr arasında iqtisadi, siyasi və elm sahələrindəki əməkdaşlığı təşviq etmək hədəflənmişdir.
Xatırladaq ki, keçən il Qafqaz Universiteti üç Tempus layihəsi və bir Erasmus Mundus layihəsini qazanmışdır. Bu layihələrlə Qafqaz Universitetində Avropa universitetləri ilə birlikdə iki yeni magistr proqramı başladacaqdır.
http://www.mia.az/news/22329.html

Ağlıma gəlməzdi ki, mən də 700 bal toplaya bilərəm

II ixtisas qrupu üzrə 700 bal toplayan digər abituriyent Qazax rayonun Ürkməzli kənd sakini Səfərov Orxan Arif oğludur. Modern.az-ın əməkdaşı Qazaxda olan Orxanla əlaqə yaradaraq, onun təəsüratlarını öyrənib.

Uşaqlıqdan yaxşı oxumağa maraq göstərdiyini deyən Orxan Səfərov qəbul imtahanlarında 700 bal toplayacağı haqda heç vaxt düşünmədiyini bildirib.

“İmtahana gedənə kimi, sözün düzü, heç ağlıma da gəlməzdi ki, mən də 700 bal toplaya bilərəm. Çünki sınaqlarda aşağı bal toplayırdım. Hər dəfə sınaqlarda iştirak etsəm də, istədiyim nəticəni qazana bilmirdim. Amma yenə də ümidimi itirmirdim. Sınaq imtahanlarından onra ruh düşkünlüyü yaşasam da,  qardaşım mənə ürək-dirək verirdi. Onun mənəvi dəstəyindən sonra özümə ümidlərim artmağa başladı”.

Orxan deyib ki, 9-cu sinifdən repititor yanına hazırlığa gedib. “Qabaqcadan düşünürdüm ki, imtahanda suallar çox çətin olacaq. Amma düşündüyüm kimi olmadı. Suallar mənim üçün bir o qədər də çətin deyildi. Coğrafiya mənim üçün çətin olsa da, risk etdim. İmtahan zamanı fikirləşirdim ki, 700 bal toplaya bilərəm.

Sualların düzgün cavabları çıxanda artıq bildik ki, 700 bal toplamışam. Amma yenə də inanmırdım, düşünürdüm ki, bəlkə 700-dən aşağı da ola bilər. Dünən cavablar açıqlananda çox sevindim. Bu mənim üçün, təmsil etdiyim rayon üçün böyük uğurdur”, - deyə Orxan vurğulayıb.

Gələcək planları ilə bağlı danışan abituriyent təhsilini Qafqaz Universitetində davam etmək istədiyini deyib:

“Qafqaz Universitetinin Sənaye mühəndisliyi ixtisasını seçmək istəyirəm. Mən bu uğura görə ilk növbədə ailəmə minnətdarlığımı bildirirəm. Təbii ki, məktəb müəllimlərimin, hazırlıq müəllimlərinin zəhmətini də unutmaq olmaz. Qeyd edim ki, ən böyük köməkçim mənim qardaşım idi”.

Milli.Az
URL: http://www.milli.az/news/society/131216.html

7 Ağustos 2012 Salı

"QAFQAZ"ın tarixindən:SƏLAHƏTTİN DİKMƏN-30 mart 2006-cı il

SƏLAHƏTTİN DİKMƏN
Türkiyə Cümhuriyyəti Bakı Böyük Elçisinin təhsil işləri üzrə müşaviri
(“Təhsildə intellektli insan gücü və təhsilin insanın inkişafında rolu” mövzusunda keçirilmiş seminardakı çıxışı, 30 mart 2006-cı il)
 Gözlərinin parıltılarında sabahın müəllimlərini müşahidə etdiyim əziz gənclər, Qafqaz Universitetinin möhtərəm rektoru və hörmətli müəllimlər! 
Çağ Öyrətim İşlətmələri Şirkətinin möhtərəm prezidenti Enver Özərən bəy!
Xanımlar və cənablar! 
Məruzəmə başlamazdan əvvəl təhsilə böyük önəm verən Türk Dünyasının iki böyük şəxsiyyətini - Qazi Mustafa Kamal Atatürkü və ümummilli lider Heydər Əliyevi rəhmətlə anır, əziz xatirələri qarşısında hörmətlə baş əyərək, ruhları şad olsun deyirəm.
Qazi Mustafa Kamal Atatürk deyirdi: “Təhsil bir milləti ya hür, müstəqil, şanlı, yüksək bir cəmiyyət kimi  yaşadar, ya da əsarət və səfalətə tərk edər.”
Türk millətinin yeddi dövlətlə istiqlal mübarizəsi apardığı illərdə, hətta Polatlıdan top səsləri eşidilən bir vaxtda, o, Ankarada toplanan Maarif Kongresində iştirak edirdi. Bir tərəfdə millətimizin müqəddəratını müəyyən edən istiqlal mübarizəsi aparılır, digər tərəfdə isə millətin gələcəyi ilə bağlı təhsil və maarif konqresi keçirilirdi.
Sonrakı dövrü xatırlayın. İstiqlal müharibəsində qələbə çalınmış, Cümhuriyyət qurulmuş və Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin prezidenti seçilmişdir.
Bir fransız müxbiri Mustafa Kamal Atatürkdən  soruşur:
- Müharibə qurtardı. Türkiyə Cümhuriyyətini qurdunuz. Bundan sonra nə etmək istəyirsiniz? Hətta, prezident olmasaydınız, nə ilə məşğul olardınız?
Onun fransız müxbirinə verdiyi cavab təhsilə verdiyi əhəmiyyəti vurğulayırdı: - “Mən təhsil naziri olaraq, milli maarifi yüksəltmək uğrunda çalışardım.” 
O böyük insan, yeni həyatın memarı müəllimlərə də belə müraciət edirdi:
– “Müəllimlər, sizin müvəffəqiyyətiniz Cümhuriyyətin müvəffəqiyyəti olacaqdır. Cümhuriyyət sizdən fikri hür, vicdanı hür, əqidəsi hür, amalı yüksək nəsillər istəyir.”
M. Kamal Atatürkün fikirlərindən ruhlandığını özünəməxsus səmimiyyətlə bəyan edən mərhum Heydər Əliyevin təhsilə nə qədər əhəmiyyət verdiyini isə Azərbaycan gəncliyinin təhsilinə, təhsil müəssisələrinə ardıcıl qayğısından və Qafqaz Universitetinin qurulması üçün göstərdiyi səydən görmək mümkündür.  
Aparılan elmi tədqiqatlara görə dünyada olan sosial sahələr arasında ən böyük sistem təhsil sistemidir. Çünki təhsil, insana vaxtında sərf edilən investisiya ilə ölkə üçün ən faydalı olan, çatışmayan insan gücünü yetişdirmək üçün, ilk vacib mərhələ kimi, bəhrəsi geriyə qayıdacaq mahiyyətdədir.
Yəni nəyi əkərsəniz, onu da biçərsəniz. Keyfiyyətli təhsil almışsınızsa, qabiliyyətli bir insan olarsınız. Təhsiliniz  zəif olarsa, hadisələrə baxışınız, onlara göstərdiyiniz təsir və ya onların həlli yollarının müəyyənləşdirməyiniz də o səviyyədə olcaqdır.
Atatürkün təhsilə verdiyi bu əhəmiyyətdən sonra əcdadımızın dünyadakı bütün ölkələri heyran qoyan təhsil sistemi və insan yetişdirmə nizamına dair bir neçə nümunə gətirmək istəyirəm. Özü də bunu türk tarixçiləri yox, dünyada tanınmış Hammer, Buşbek deyir: “Osmanlı ordusu səfər vaxtı bağça-bağdan keçirsə və ordu üçün lazımlı isə, sərkərdənin də icazəsi ilə bağdan üzüm ya da bağçadan meyvə dərilirsə, mütləq onun qiyməti qədər akça (pul) sahibinə ödənir, sahibi yoxdursa, ağacın budağına bağlanırdı.” Bu davranış tərzi o insanlara verilmiş doğru təhsilin nəticəsi idi.
Osmanlı dövlət idarəçiliyində dövlət qulluqçuları və sərkərdələrinə yüksək nailiyyətlərinə görə padşah tərəfindən mükafat, nişan, və s. veriləndə onlar başlarını aşağı əyər, hətta bəzən ağlayardılar.
Tiryaki Həsən paşa on min nəfərlik bir ordu ilə səksən min nəfərlik Avstriya ordusuna qarşı dəhşətli müdafiə müharibəsi aparmışdır. Bunun qarşılığında padşah ona bu nailiyyətinə görə vəzirlik (nazirlik) vəzifəsi vermişdir. Tiryaki Həsən paşa isə,  böyük qəhrəmanlıq göstərmiş başqa bir Osmanlı paşası və donanma kapitanını misal gətirərək demişdir: “Biz kimik ki, bizə vəzirlik verilə! Hansı ki, Piyalə paşa Xaçlı Donanmasını tamamilə qırdı. Vəzirlik ona verilməlidir...”
Yəni, Tiryaki Həsən paşa dövlətin verdiyi mükafatı, vəzirlik nişanını öz xidmətləri müqabilində çox görmüşdür. Təvazökar olmaq, nəfsinin hisslərini arxa plana çəkə bilmək hər oğulun işi deyildir. Şübhəsiz ki, Tiryaki Həsən paşanın bu davranışı da onun aldığı keyfiyyətli təhsilin nəticəsidir.
İkinci Dünya Müharibəsində yapon təyyarəçisinə bir ərazini düşməndən təmizləmək tapşırığı verilir. Təyyarəçi ona verilən tapşırığı yerinə yetirir və geri dönür. Rəisinə əmrin yerinə yetirildiyini xəbər verir və yerə yıxılaraq ölür. Təyyarəçini müayinə edərkən  həkimlərlə rəis arasında mübahisə başlayır. Belə ki, beş dəqiqə əvvəl təyyarəçi yanıma gələrək, ona verdiyim tapşırığı uğurla yerinə yetirdiyini məruzə etdi – deyə, rəis həkimə məlumat verir. Həkim isə kəskin etiraz edərək təyyarəçinin bir saat əvvəl öldüyünü iddia edir. Mübahisə davam edərkən hərbçi yapon müəllim rəis və həkimə xitabən belə deyir: “İkiniz də doğru deyirsiniz. Yapon müəllimləri bu övladımıza, bədəni fiziki funksiyasını itirsə və ya ölsə belə, tapşırığı uğurla başa çatdırması üçün onun ruhuna da tərbiyə vermişlər.”
Bəli, bəlkə də bir saat əvvəl bu təyyarəçi fiziki olaraq ölmüşdür, amma onun ruhunu diri saxlayan, aldığı yapon təhsili, yapon tərbiyəsi idi.
Cəmiyyətdə  təhsilin strateji əhəmiyyəti, təhsil almış insan gücünə olan ehtiyac və elm aləmindəki sürətli inkişaf hər gün bu sahəyə qiqqəti artırmağı tələb edir. Ona görə də güclü olmaq iddiasında olan ölkələr təhsil sistemlərini həmişə ciddi nəzarətdə saxlayır və inkişaf etdirirlər. Çünki dünyanı idarə edənlər ümumi əhalinin 1,5 faizini təşkil edən keyfiyyətli təhsil almış insanlardır.
Rus kosmonavtı Yuri Qaqarin 1961-ci ildə kosmik səmaya çıxanda ABŞ dərhal təhsil sistemini yeniləməyə başladı. Yuri Qaqarinin kosmosa uçuşundan bir müddət sonra, 1969-cu ildə ABŞ kosmonavtının Aya çıxması haqqında məlumat yayıldı. Bu dəfə digər dövlətlər təhsil sistemlerini gözdən geçirməyə başladılar. ABŞ, İngiltərə, Rusiya, Yaponiya kimi dünyanın bir çox ölkələri öz təhsil sistemlərinini daha da inkişaf etdirmək üçün sanki yarışa girdilər. Çünki təhsildə keyfiyyət mühim əhəmiyyət kəsb edirdi.
Əziz gənclər, söhbətimizdə təhsilin əhəmiyyətini vurğulamaq məqsədilə bir neçə mətləbi xatırlatmaq istəyirəm. Son illərdə inkişaf çox yüksək vüsət almışdır. Dəyişməyən yeganə şey inkişafa olan ehtiyacdır. Bunun sayəsində də daima inkişaf vardır.
 - Dünyada informasiya yükünün altı ayda iki dəfə artması,
 - Hər saatda bir mühim kəşfin edilməsi, 
 - Minlərlə cildlik kitabın ovuc içi böyüklüyündə mikrodiskə yazıla bilməsi,
 - Kompyuterlə informasiya bazalarında axtarışların aparılması,
 - Danışılan səslərin kosmosda sahibinin axtarılması,
 - Kosmosdakı qəbuledicilərlə yer üzərindəki hadisələrin izlənilməsi və yeraltı sərvətlərin müəyyən edilməsi,
 - İnkişaf etmiş ölkələrin təhsil, məktəb və müəllim yetişdirmə sistemlərinin yoxlanılması,
 - Müəllimlik peşəsinin elmiləşərək professionallaşması,
 - İdarəçilikdə demokratik liderliyin ön plana çıxması,
 - İnkişaf etmiş ölkələrdə keyfiyyətin idarəedilməsi, məktəbə əsaslanmış idarəetmə, təsirli məktəb anlayışının tətbiq edilməsi,
 - Hər sahədə ağlagəlməz, sürətli inkişaf və dəyişikliyin yaşanması və s. təhsil sayəsində mümkün olmuşdur.
Qafqaz Universitetində proqram dəyişikliyi edilməsi və pedaqojinin ön plana çəkilməsinin məni çox sevindirdiyini dilə gətirmək istəyirəm. Çünki Qafqaz Universiteti üçün bu çox əhəmiyyətli bir hədəf və  strateji dəyişiklikdir.
Düşünün, Qafqaz Universiteti Azərbaycan ilə iki yüzə yaxın ölkədə, dünyanın yeddi iqlimində sülhsevər, müasir və intellektual təhsil verən türk məktəbləri üçün təhsil aşiqi - müəllimlər yetişdirəcəkdir. Belə bir addımın atılması Qafqazın müəllim yetişdirmə siyasətində əhəmiyyətli körpü olacağının işarəsidir. Bu qərarı qəbul edənləri təbrik edir və bunun coşqusunu da sizlərlə bölüşürəm.
Təhsilin öndəri, lokomotivi, təhsilin ürəyi və beyni olan müəllimlərlə əlaqəli son illərdə Amerikada və Türkiyədə aparılan elmi tədqiqatlarda (Chandler və yoldaşları, 1990) müəllimlik peşəsinin idarəçilik və mühəndislik ilə birgə ilk üç planda nəzərdən keçirildiyini bildirmək istəyirəm.
Boğaziçi Universitetinin professoru Rüfət Okçabolun və tədqiqat qrupunun apardığı araşdırmalarda Türk Silahlı Qüvvələrindən sonra Türkiyədə ən çox etibar edilən peşənin müəllimlik olduğu sübut edilmişdir.Yəni ki, müəllimliyin strateji peşələr arasındakı sıralamada hələ də ilk cərgədə olduğu aparılan elmi tədqiqatlarla müəyyən edilmişdir. Çünki informasiya texnologiyalarındakı bütün kəşflərə baxmayaraq, müəllim hələ də təhsil sisteminin əhəmiyyətli amili və lokomotividir. 
1739 saylı Milli Təhsil Qanununun 43-cü maddəsində müəllimlik dünyagörüşü, şəxsi həyat və müəllim peşə biliyinin əsas sahələrini əhatə edən xüsusi ixtisas kimi tərif edilir. Yəni ki, müəllim olacaq hər bir fərd, gözəl dünyagörüşünə sahib olacaq. Tədris etdiyi fənn nə olursa olsun, xüsusi biliyi olacaq. Bundan başqa, malik olduğu bu biliyi tələbələrə necə öyrədəcəyi barədə pedaqoji təhsili, yəni müəllimlik biliyi, metodoloji biliyi olacaq.
Təhsilin və müəllim yetişdirmə sisteminin bütün ölkələrdə həyati əhəmiyyət kəsb etdiyi artıq gün kimi aydındır. Mən, 2000-ci ildə, Klintonun ABŞ-a prezidentlik etdiyi dövrdə, Amerikanın təhsil hədəflərini tədqiq etdim. Baxın, çox diqqət edin. Hal-hazırda dünyanın dört tərəfinə dağılmış türk məktəblərinin və Çağ Öyrətim İşlətmələri şirkətinin məktəblərinin uğurlar əldə etdiyi bilik olimpiadaları ABŞ-ın başlıca hədəfidir. Prezident Klinton demişdir ki, Amerika gəncləri bilik olimpiadalarında bütün medalları almalıdır. Amma görürəm ki, türk məktəbləri bu medalları onlarla bölüşür, hətta çoxunu onlar alır.
Böyük nailiyyətlər sıravi adamların olduğu ölkələrə, məktəblərə, universitetlərə nəsib olmazlar. Unutmayın, böyük nailiyyətlər daim qabiliyyətli insanların olduğu yerlərə nəsib olur. Yəni ki, bir yerdə yüksək nailiyyət varsa, orada yüksək qabiliyyətli insanlar da vardır.
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, adi bir beynin məhsulu deyildir. Bu, illərini dövlət idarəçiliyinə vermiş, ali liderlik xüsusiyyəti ilə tanınan Heydər Əliyev kimi bir dövlət xadiminin zəkasının məhsuludur.
Müəllim yetişdirən universitet ilə müəllimi işlə təmin edən, onun məktəbdə işləməsinə imkanı yaradan nazirlik arasında çox sıx əlaqə, çok sıx əməkdaşlıq, çox sıx bir koordinasiya olmalıdır.
Təhsil və məktəb sisteminin inkarolunmaz və əsas ünsürləri olan müəllimlərin səyləri ilə məktəb və ya siniflər zövqləri oxşayacaq bir hala gətirilir. Müəllimlərin səyləri ilə məktəb və ya siniflər cazibə mərkəzi halına gəlir. Uşaq evdə olanda  dərhal məktəbə, sinifə getmək istəyir, onun üçün darıxır. Çünki müəllimin səyi ilə o sinif, o məktəb cazibə mərkəzi halına gəlmişdir.
Biz müəllimlik anlayışımızı, davranışlarımızı, metodiki texniki biliyimizi daima təzələyəcəyik. Pedaqoji tərzə uyğun yenidən tənzimləyəcəyik. İxtisas sahəmizdə daim təkmilləşəcəyik. Müəllimin barmaq izi kimi müxtəlif və fərdi olduğunu necə biliriksə, eləcə də hər bir tələbənin də müxtəlif olduğunu bilib, o şəkildə də qəbul edəcəyik.
Bütün bunları da tələbələri edə bilmədikləri deyil, edə bildikləri, bacardıqları, müvəffəqiyyətli olduqları sahələrə istiqamətləndirərək, təhsildə onları ürəkləndirərək, onlara cəsarət verərək, özü ilə barışdıraraq, müsbət mənada nə isə qazandıran öyrənmə mühitini hazırlayaraq həyata keçirəcəyik.
Unutmayın ki, bütün xəzinələr torpaq altında saxlananda heç bir işə yaramaz. İnsan beyni, insan zəkası, insan ağlı da belədir.
Yaxşı aşpaz, hansısa yeməyə hansısa ədviyyatı qataraq, o yeməyin ləzzətini artırmaq üçün üçün nəyə əl atırsa, müəllim də sinifdə maraq və cazibəni artırmaq üçün bənzər çarələrə əl atacaqdır.
Bəzən əfsanələrə, nağıllara, nümunəvi hadisə və lətifələrə müraciət edərək şagirdlərdə maraq mərkəzi yaradılacaqdır. Düşünmə, biliyə çatma yolları öyrədiləcəkdir.
Bəli, unutmayın ki, XXI əsr insanını yetişdirəcək keyfiyyətli müəllimlərin informasiya texnologiyalarından istifadədə də çox mahir və professional olması zəruridir. Müasir müəllim ana dilini çox yaxşı biləcək, ana dili kimi xarici dili də biləcək, imkan tapırsa, ikinci xarici dili də öyrənəcəcəkdir.
O müəllim sadəcə Azərbaycanda və Türkiyədə deyil, dünyanın müxtəlif ölkələrində çalışıb vəzifəsini yerinə yetirə biləcəkdir.
Sizinlə təhsil və müəllimlik mövzusunda söhbət etmək imkanı yaradan möhtərəm rektorumuza, bu işin təşkilini öhdəsinə götürən Qafqaz Universiteti Tələbə Təşkilatının sədri Hüseyin Karahana sevgi və hörmətlərimi ifadə edirəm.
Sağ olun!

II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent Səfərov Orxan Arif oğlu: Qafqaz Universitetinin Sənaye mühəndisliyi ixtisasını seçmək istəyirəm

Xəbər verdiyimiz kimi, ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanlarında iki abituriyent maksimum nəticə əldə edərək, 700 bal toplayıb. Modern.az- 700 bal toplayan abituriyentlərindən biri Türkiyə Diyanət Vəqfi  Bakı Türk Liseyinin məzunu  Nərgiz Məzahirqızı barədə məlumatı və onun özünün təəssüratlarını təqdim etmişdi.

II ixtisas qrupu üzrə 700 bal toplayan digər abituriyent Qazax rayonun Ürkməzli kənd sakini Səfərov Orxan Arif oğludur. Modern.az-ın əməkdaşı Qazaxda olan Orxanla əlaqə yaradaraq, onun təəsüratlarını öyrənib.


Uşaqlıqdan yaxşı oxumağa maraq göstərdiyini deyən Orxan Səfərov qəbul imtahanlarında 700 bal toplayacağı haqda heç vaxt düşünmədiyini bildirib.

“İmtahana gedənə kimi, sözün düzü heç ağlıma da gəlməzdi ki, mən də 700 bal toplaya bilərəm. Çünki, sınaqlarda aşağı bal toplayırdım. Hər dəfə sınaqlarda iştirak etsəm də, istədiyim nəticəni qazana bilmirdim. Amma yenə də ümidimi itirmirdim. Sınaq imtahanlarından sonra ruh düşkünlüyü yaşasam da,  qardaşım mənə ürək-dirək verirdi. Onun mənəvi dəstəyindən sonra özümə ümidlərim artmağa başladı”.

Orxan deyib ki, 9-cu sinifdən repititor müəllim yanına hazırlığa gedib. “Qabaqcadan düşünürdüm ki, imtahanda suallar çox çətin olacaq. Amma, düşündüyüm kimi olmadı. Suallar mənim üçün bir o qədər də çətin deyildi. Coğrafiya mənim üçün çətin olsa da, risk etdim. İmtahan zamanı fikirləşirdim ki, 700 bal toplaya bilərəm.

Sualların düzgün cavabları çıxanda artıq bildik ki, 700 bal toplamışam. Amma yenə də inanmırdım, düşünürdüm ki, bəlkə 700-dən aşağı da ola bilər. Dünən cavablar açıqlananda çox sevindim. Bu mənim üçün, təmsil etdiyim rayon üçün böyük uğurdur”, - deyə Orxan vurğulayıb.


Mən bu uğura görə ilk növbədə ailəmə minnətdarlığımı bildirirəm. Təbii ki, məktəb müəllimlərimin, hazırlıq müəllimlərinin zəhmətini də unutmaq olmaz. Qeyd edim ki, ən böyük köməkçim mənim qardaşım idi”.
Anar RÜSTƏMOV
http://modern.az/articles/27291/1/

Qafqaz Universitetinin Avropa İttifaqı layihələrindəki növbəti uğuru

Bu il Avropa İttifaqı tərəfindən dəstəklənən Tempus və Erasmus Mundus layihələrində Qafqaz Universiteti 3 Tempus və 2 Erasmus Mundus layihəsilə növbəti uğurunu qazanıb.

“Qafqazinfo”nun məlumatına görə, Tempus tərəfdaş ölkələrdə olan təhsil müəssisələrin Avropadakı universitetlərlə əməkdaşlığı və əməkdaş universitetlərin modernizasiyasını hədəfləyən Avropa İttifaqı ali təhsil proqramıdır. Proqram çərçivəsində Avropa universitetləri ilə tərəfdaş ölkələr arasında Avropa standartlarına dair təcrübənin bölüşülməsi, əmək bazarının tələblərinə uyğun kadr potensialının hazırlanması, təlim tədris prosesində ən müasir metodlardan istifadə, universitetlərdə idarəetmənin təkmilləşdirilməsi, ali təhsildə islahatlar, yeni informasiya texnologiyaların yaradılması və tətbiqi, eləcədə universitetdə qeyri-akademik heyətin hazırlığı kimi sahələrdə əməkdaşlıqlar qurularaq bu sahələrin inkişafı nəzərdə tutulub.
Bundan öncəki illərdə Qafqaz Universiteti Avropa ali təhsil ocaqları tərəfindən idarəedilən layihələrdə iştirak edirdisə də, bu il Qafqaz Universiteti Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək layihəni kordinator olaraq idarə edəcəkdir. E-NOTES layihəsi 3 il ərzində ölkənin müxtəlif bölgələrində ali təhsil müəssisələrində İnformasiya Kommunikasiya Texnologiyalarından (İKT) istifadə edərək müasir təlim metodlarıyla tədris vermək, ali təhsil müəssisələrində İKT təlimlərinin və tədris materiallarının tərtibinin və nəşrinin Avropa standartlarına uyğunlaşdırmaq, ali məktəblərdə verilən xidmətlərin keyfiyyətini artırmaq, müasir metodlardan istifadə edərək tədqiqatlara dəstək vermək, univeristetlərdə akademik və administrativ heyyətinin kadr potensialının yaxşılaşdırılmasını hədəfləmişdir. Azərbaycanla yanaşı E-NOTES layihəsində İsveç, İspaniya, Latvia, Litva və Polşadan olan universitetlər tərəfdaş kimi iştirak edəcəkər.

Qafqaz Universiteti bundan əlavə olaraq iki avropa universiteti tərəfindən idarəediləcək layihədə tərəfdaş universitet kimi iştirak edəcək. Layihə üç il ərzində Azərbaycan, Gürcistan, İsrail, Qazaxıstan və Qırğızıstanda həyata keçiriləcək. İkinci layihə isə Latviyanın Riqa Texniki Universiteti tərəfindən təqdim edilən enerji səmərəliliyi tədrisinin inkişafı və təlim şəbəkəsinin qurulmasını hədəfləyən layihə üç il ərzində Azərbaycan, Belarusiya və Kosovoda həyata keçiriləcək.
Erasmus Mundus proqramı çərçivəsində isə Qafqaz Universiteti iki konsorsiumla qalib olub. Erasmus Mundus tələbə və müəllim mübadiləsi proqramı olub, tərəfdaş ölkələrdə beynəlxalq əməkdaşlığı təşviq etmək, elmi biliklərin mübadiləsini təşviq etmək, tərəfdaş ölkələrdəki tələbə, müəllim və idari heyyətinin mübdiləsi, tərəfdaş universitetlərdə kadr potensialını yüksəltməyi, ölkələr arasında iqtisadi, siyasi və elm sahələrindəki əməkdaşlığı təşviq etmək hədəflənib.
http://qafqazinfo.az/QAFQAZ_UNIVERSITETININ_AVROPA_%C4%B0TTIFAQI_LAYIH%C6%8FL%C6%8FRIND%C6%8FKI_N%C3%96VB%C6%8FTI_U%C4%9EURU-23023-xeber.html

İlk dəfə kənddən gələn abituriyent 700 bal topladı: “Risk etdim”

II ixtisas qrupu üzrə 700 bal toplayan digər abituriyent Qazax rayonun Ürkməzli kənd sakini Səfərov Orxan Arif oğludur. Modern.az-ın əməkdaşı Qazaxda olan Orxanla əlaqə yaradaraq, onun təəsüratlarını öyrənib.
Uşaqlıqdan yaxşı oxumağa maraq göstərdiyini deyən Orxan Səfərov qəbul imtahanlarında 700 bal toplayacağı haqda heç vaxt düşünmədiyini bildirib.
“İmtahana gedənə kimi, sözün düzü heç ağlıma da gəlməzdi ki, mən də 700 bal toplaya bilərəm. Çünki, sınaqlarda aşağı bal toplayırdım. Hər dəfə sınaqlarda iştirak etsəm də, istədiyim nəticəni qazana bilmirdim. Amma yenə də ümidimi itirmirdim. Sınaq imtahanlarından onra ruh düşkünlüyü yaşasam da,  qardaşım mənə ürək-dirək verirdi. Onun mənəvi dəstəyindən sonra özümə ümidlərim artmağa başladı”.
Orxan deyib ki, 9-cu sinifdən repititor müəllim yanına hazırlığa gedib. “Qabaqcadan düşünürdüm ki, imtahanda suallar çox çətin olacaq. Amma, düşündüyüm kimi olmadı. Suallar mənim üçün bir o qədər də çətin deyildi. Coğrafiya mənim üçün çətin olsa da, risk etdim. İmtahan zamanı fikirləşirdim ki, 700 bal toplaya bilərəm.
Sualların düzgün cavabları çıxanda artıq bildik ki, 700 bal toplamışam. Amma yenə də inanmırdım, düşünürdüm ki, bəlkə 700-dən aşağı da ola bilər. Dünən cavablar açıqlananda çox sevindim. Bu mənim üçün, təmsil etdiyim rayon üçün böyük uğurdur”, – deyə Orxan vurğulayıb.
Gələcək planları ilə bağlı danışan abituriyent təhsilini Qafqaz Universitetində davam etmək istədiyini deyib:“Qafqaz Universitetinin Sənaye mühəndisliyi ixtisasını seçmək istəyirəm. Mən bu uğura görə ilk növbədə ailəmə minnətdarlığımı bildirirəm. Təbii ki, məktəb müəllimlərimin, hazırlıq müəllimlərinin zəhmətini də unutmaq olmaz. Qeyd edim ki, ən böyük köməkçim mənim qardaşım idi”.
http://telebe.az/ilk-d%C9%99f%C9%99-k%C9%99ndd%C9%99n-g%C9%99l%C9%99n-abituriyent-700-bal-topladi-risk-etdim/

6 Ağustos 2012 Pazartesi

`QAFQAZ`ın tarixindən-8 MART 2004 BEYNƏLXALQ QADINLAR GÜNÜ KONFRANSI


 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə əlaqədar Dialoq Qafqaz Klubu “Azərbaycan qadınının dünəni, bu günü və sabahı” adlı konfrans keçirdi. Konfransa müxtəlif  qadın cəmiyyətlərindən qonaqlar dəvət olunmuşdu.
8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən konfransa Azərbaycan  Respublikasının Qadın Problemləri Üzrə  Cəmiyyətin I müavini Dilrubə  Camalova, Akademik  M.E. Mirqasımova adına Respublika Kliniki Xəstəxananın baş  həkimi Sədaqət Qurbanova və “Azərbaycan Məktəbi” jurnalının baş redaktoru Zəhra Əliyeva dəvət olunmuşdu.
Dəvət olunan xanımların hamısı qadın problemləri ilə əlaqədar məsələlərdən söhbət açdılar. Qadınlarımızın sosial həyatdakı rolunun çox bюyük olduğunu vurğuladılar. Qadınlarımızın bir çox sahələrdə çalışdığını və cəmiyyətimizin də onların əməyinə bюyük ehtiyac duyduğunu sюylədilər.
Qonaqlarımız onu da qeyd etdilər ki, hər şeydən öncə qadın bir anadır, qadın hər cür problemin həll olunmasında rol oynayan məsləhətçidir.
Keçirilən konfransda qadınlarımızın üzləşdiyi bir çox problemlərlə bağlı ətraflı məlumat verildi. Konfransın sonunda dəyərli rektorumuz prof. dr. Erol Oral  bəy  gələn qonaqlara hədiyyələr təqdim etdi. Bundan əlavə konfransda iştirak edən digər qadın qonaqlarımıza da çiçəklər paylandı.
 Cəmilə Bəndəliyeva.
2004-cü il

4 Ağustos 2012 Cumartesi

II qrupun 700 bal toplayan abituriyenti Nərgiz: Qafqaz Universitetinin Dünya iqtisadiyyatı fakültəsində oxumaq istəyirəm

II ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən - 700 bal toplayan abituriyent Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Nərgiz Məzahirqızı sevinc hisslərini bölüşüb. Ölkə üzrə rekord nəticə qazanan Nərgiz bu uğuru əldə etməsində oxuduğu məktəbə borclu olduğunu söyləyib.

“İnanmırdım 700 bal yığacağıma, özümdən əmin deyildim. Amma bilirdim ki, 690 bal yığaram. İmtahanın sonuna 10 dəqiqə qalmış sualları tam cavablandırıb, qurtarmışdım. İmtahandan sonra məktəbdə cavabları yoxladım və bildim ki, 700 bal yığmışam. Suallar o qədər də çətin deyildi.

Bu doğrusu mənim üçün gözlənilməz oldu, çox sevinirəm. Bu uğuru əldə etməyimə görə daha çox məktəbimə, anama və dostlarıma borcluyam”.

Nərgiz bildirib ki, imtahana “Araz” kurslarında hazırlaşıb: “İndi isə Qafqaz Universitetinin Dünya iqtisadiyyatı fakültəsində oxumaq istəyirəm. Mən hər il məktəbdə təqdir alırdım, fəxri fərman alırdım. Müəllimlər də məndən bu uğuru gözləyirdi”,-deyə Nərgiz Məzahirqızı vurğulayıb.

Qeyd edək ki,  bundan öncə keçirilən III qrupun imtahanlarında 1 abituriyent –Sabunçudakı 72 saylı məktəb-liseyin məzunu Xeyransa Əliyeva,  IV qrupun imtahanında isə 2 abituriyent Bakı Türk Liseyinin məzunları Kamran Həmidov və Kamil Sərdarlı da 700 bal toplaya bilmişdi.

 http://xezerxeber.com/XeberOxu.aspx?id=28132#.UB0UtaB8e_J

II qrupun 700 bal toplayan abituriyenti: “Artıq ixtisas seçimimi də etmişəm”


II ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən - 700 bal toplayan abituriyent Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Nərgiz Məzahirqızı sevinc hisslərini Modern.az-la bölüşüb. Ölkə üzrə rekord nəticə qazanan Nərgiz bu uğuru əldə etməsində oxuduğu məktəbə borclu olduğunu söyləyib.
“İnanmırdım 700 bal yığacağıma, özümdən əmin deyildim. Amma bilirdim ki, 690 bal yığaram. İmtahanın sonuna 10 dəqiqə qalmış sualları tam cavablandırıb, qurtarmışdım. İmtahandan sonra məktəbdə cavabları yoxladım və bildim ki, 700 bal yığmışam. Suallar o qədər də çətin deyildi.
Bu doğrusu mənim üçün gözlənilməz oldu, çox sevinirəm. Bu uğuru əldə etməyimə görə daha çox məktəbimə, anama və dostlarıma borcluyam”.

Nərgiz bildirib ki, imtahana “Araz” kurslarında hazırlaşıb: “İndi isə Qafqaz Universitetinin Dünya iqtisadiyyatı fakültəsində oxumaq istəyirəm. Mən hər il məktəbdə təqdir alırdım, fəxri fərman alırdım. Müəllimlər də məndən bu uğuru gözləyirdi”,-deyə Nərgiz Məzahirqızı vurğulayıb.
Qeyd edək ki,  bundan öncə keçirilən III qrupun imtahanlarında 1 abituriyent –Sabunçudakı 72 saylı məktəb-liseyin məzunu Xeyransa Əliyeva,  IV qrupun imtahanında isə 2 abituriyent Bakı Türk Liseyinin məzunları Kamran Həmidov və Kamil Sərdarlı da 700 bal toplaya bilmişdi.
Sevinc İltifatqızı
http://modern.az/articles/27213/1/

Qafqaz Universitetinin tələbələri Türkiyədə təcrübə keçir




Universitetdən Gün.Az-a verilən məlumata görə, universitetin 100-ə yaxın tələbəsi Türkiyədə dövlət və özəl sektor müəssisələrində yay təcrübə proqramlarına qoşulub:

“2 və 3-cü kurs tələbələri Türkiyənin bir sıra dövlət qurumları və qabaqcıl şirkətlərində praktika keçirlər. Proqrama dərslərində müvəffəqiyyət baxımından fərqlənən və nümunəvi davranışı ilə seçilən tələbələr daxil edilib.

İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə, Dünya iqtisadiyyatı, Dövlət və bələdiyyə idarəetməsi, Biznesin təşkili və idarəedilməsi, Menecment, Beynəlxalq münasibətlər, Regionşünaslıq ixtisaslarının və Mühəndislik fakültəsinin Sənayenin təşkili və idarəolunması, Kompyuter mühəndisliyi ixtisaslarının tələbələri Bankasya, Petkim, Kuveyttürk bank, Colins, İstanbul Böyükşəhər bələdiyyəsi, Samsun Böyükşəhər bələdiyyəsi, Uyumsoft proqramlaşdırma şirkəti, Boğaziçi universiteti, TASAM və TESEV strateji tədqiqatlar mərkəzi kimi müxtəlif sahələrdə qabaqcıl müəssisələr olaraq tanınmış qurumlarda dərslərdə aldıqları bilikləri praktiki həyatda tətbiqetmə bacarıqlarına yiyələnirlər.

Təcrübə proqramı 1 ay nəzərdə tutulub.

Mirvari Kamilqızı
Gün.Az



3 Ağustos 2012 Cuma

Simsar.az Azərbaycanda ən reytinqli ali məktəbi müəyyənləşdirib

“Qafqaz” Universiteti daha çox arzulanan təhsil ocağıdır

Simsar.az “Hansı ali məktəbdə oxumaq istərdiz” mövzusunda sorğu keçirib. Məlum olub ki, Azərbaycanda ən çox arzulanan ali məktəb "Qafqaz" Universitetidir.
Ardıcıllıq belədir:

«Qafqaz» Universiteti – 71 %
Azərbaycandakı universitetlərdən heç birində oxumaq istəmirəm – 6 %
Azərbaycan Dövlət Tibb Universiteti - 5 %.
Bakı Dövlət Universiteti - 4 %
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası - 4 %
Xarici Dillər Universiteti - 3 %
«Xəzər» Universiteti - 3 %
İqtisad Universiteti - 2 %
Azərbaycan Dövlət Neft Akademiyası -1 %
Azərbaycan Pedaqoji Universiteti - 1 %

Xatirə

Azərbaycanın ən reytinqli ali məktəbi dünyada 14 645-ci pillədə - SİYAHI

Bugünlərdə TQDK 2012-ci ilin ən reytinqli ali məktəblərinin adını açıqlayıb.
Siyahıya görə Prezident yanında Dövlət İdarəçilik Akademiyası reytinqdə birinci olub. Azərbaycan Tibb Universiteti ikinci, Qafqaz Universiteti üçüncü yerdə qərarlaşıb.
Amma təəssüf ki, ali təhsil ocaqlarımız dünya miqyasında hələ də çox aşağı sıralarda qərarlaşıblar. Hazırda dünya ölkələri üzrə ali məktəblərin reytinq cədvəlini hazırlayan bir neçə məşhur mərkəz var. Bunlara "QS" Dünya Universitetləri Reytinqi, "THE" Reytinqi, "ARWU" Dünya Universitetləri Akademik Reytinqi və s. daxildir.
"QS" Dünya Universitetləri Reytinqinin açıqladığı son siyahıda (2011-yekun) Azərbaycandan 3 ali məktəb siyahıya düşüb: Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Xəzər Universiteti. Lakin hər üç ali məktəb reytinqdə "601+" kateqoriyasında yer alıb, başqa sözlə desək, ilk "600"-lükdən kənarda qalıb. Müqayisə üçün qeyd edək ki, Azərbaycan ali məktəblərinin yer ala bilmədiyi "600"-lükdə Rusiyanın, Qazaxıstanın, BƏƏ-nin, Yunanıstanın ali məktəbləri yer alıb.
Bununla yanaşı Azərbaycan ali məktəbləri nə "THE"-nin "TOP 400"-lüyündə, nə də "ARWU"-nun "TOP 200"-lüyündə yer almayıblar.
Amma daha acınacaqlı hal "Webometrics" saytının hazırladığı reytinq siyahısındadır.Belə ki, dünyanın 20 mindən artıq ali məktəblərinin daxil edildiyi siyahılda Azərbaycan ali məktəbləri xeyli aşağı mövqedədir. Siyahıda ən yüksək pillədə Qafqaz Universiteti qərarlaşıb. Bu ali təhsil ocağına dünya üzrə 5 816-cı pillədə yer verilib. TQDK-nın ən reytinqli ali məktəb adlandırdığı Prezident yanında Dövlət İdarəçilik Akademiyası isə "Webometrics" saytının reytinqində 14 645-ci pillədə qərarlaşıb.
Təbii ki, araşdırma mərkəzlərinin hər birinin özünəməxsus seçim kriteriyaları var, bununla yanaşı bu siyahıların nə dərəcədə şəffaf olması da müzakirə mövzusu ola bilər. Amma reallıq budur ki, dünya miqyaslı araşdırma mərkəzləri bu siyaları tərtib edib və ölkə təhsilinin bugünkü vıəziyyətini nəzərə aldıqda bu siyahıların çox da gözlənilməz olmadığı aydın olur. 

QAFQAZ UNİVERSİTETİ TƏLƏBƏLƏRİNİN TÜRKİYƏ TƏCRÜBƏSİ


Əvvəlki illərdə olduğu kimi bu il də Qafqaz Universitetinin 100-ə yaxın tələbəsi Türkiyədə dövlət və özəl sektor müəssisələrində yay təcrübə proqramlarında iştirak edir
Türkiyənin bir-sıra dövlət qurumları və qabaqcıl şirkətləri ilə əməkdaşlıq edən universitet II və III kurslarda oxuyan tələbələrin praktikalarının Türkiyədə keçirilməsini təmin edir. Proqrama dərslərində müvəffəqiyyətlə fərqlənən və nümunəvi davranışı ilə seçilən tələbələr daxil edilir.
Proqramda əsasən İqtisadiyyat və idarəetmə fakultəsinin Maliyyə, Dünya iqtisadiyyatı, Dövlət və bələdiyyə idarəetməsi, Biznesin təşkili və idarəedilməsi, Menecment, Beynəlxalq münasibətlər, Regionşünaslıq ixtisaslarının və Mühəndislik fakultəsinin Sənayenin təşkili və idarəolunması, Kompyuter mühəndisliyi ixtisaslarının tələbələri iştirak edir.
Bankasya, Petkim, Kuveyttürk bank, Colins, İstanbul Böyükşəhər bələdiyyəsi, Samsun Böyükşəhər bələdiyyəsi, Uyumsoft proqramlaşdırma şirkəti, Boğaziçi universiteti, TASAM və TESEV stratejik tədqiqatlar mərkəzi kimi müxtəlif sahələrdə qabaqcıl müəssisələr olaraq tanınmış qurumlarda tələbələr dərslərdə aldıqları bilikləri praktiki həyatda tətbiq etmə bacarэqlarına yiyələnir.
Təcrübə proqrama əsasən 1 ay davam etməkdədir. Tələbələr bu müddət ərzində bir tərəfdən ixtisasları ilə əlaqəli yeni tətbiqi bacarıqlar əldə edərkən digər tərəfdən qardaş ölkə Türkiyə ilə yaxından tanış olma imkanı əldə edir. Belə ki, praktika müddətində tələbələrə rəhbərlik etmək üzrə universitet tərəfindən təyin edilmiş təcrübəli müəllimlər bir tərəfdən təcrübə proqramının gedişatına nəzarət edərkən, digər tərəfdən həftə sonu gəzinti proqramları tərtib edərək tələbələrin Türkiyədəki tarixi-mədəni əhəmiyyətə malik məkanları görməsini təmin edir. Artıq ənənə halını almış Qafqaz tələbələrinin Türkiyədə yay təcrübə proqramı müvəffəqiyyətlə davam etdirilməkdədir. Tələbələr ölkəmizi və universitetimizi layiqincə təmsil etməkdə, təcrübə keçdikləri qurumlarda xüsusi rəğbət qazanmaqdadır.
Universitetin səyləri nəticəsində tələbələrə Türkiyədə yay təcrübə proqramı keçmə imkanı daha da genişləməkdədir. Belə ki, SOCAR də ortaqlarından olduğu Petkim ilə ötən il başlayan əməkdaşlıq bu il daha da genişlənmiş və Mühəndislik fakultəsi tələbələri ilə birlikdə İqtisadiyyat fakultəsi tələbələri də bu müəssisədə təcrübə keçməyə qəbul edilib. Bu il ilk dəfə olaraq Samsun Böyükşəhər Bələdiyyəsi də Qafqaz Universiteti Dövlət və bələdiyyə idarəetməsi ixtisası tələbələrinə praktika imkanı verib.
Qafqaz universitetinin Dövlət İdarəçilik Akademiyası ilə olan əməkdaşlığı çərçivəsində DİA-nın tələbələri də Qafqaz tələbələri ilə birgə təcrübə proqramında iştirak edib. Xatırladaq ki, tələbələrin Türkiyədə yay təcrübə proqramı Türkiyə Respublikası Baş Nazirliyi İnkişaf və Əməkdaşlıq Baş İdarəsi tərəfindən də dəstəklənir.