700 bal toplayan abituriyentlər hansı universitetləri seçdilər? - SİYAHI

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə qəbul olan abituriyentlərin adlarını açıqlayıb. Modern.az builki imtahanlarda 700 bal toplamaqla rekord göstərici əldə edən abituriyentlərin hansı ali məktəblərə qəbul olunduğunu dəqiqləşdirib.
III ixtisas qrupu üzrə ən yüksək bal toplayan Sabunçu rayon 72 saylı məktəb-liseyin məzunu Xeyransə Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə qəbul olub. Arzuladığı fakültəyə qəbul olduğunu deyən X.Əliyeva uğurlarını bundan sonra da davam etdirəcəyini bildirib.
II ixtisas qrupu üzrə 700 bal toplayan Qazax rayon, Ürkməzli kənd sakini Orxan Səfərov isə Qazqaz Universitetinin Sənayenin təşkili və idarəetmə fakültəsinə daxil olub.
Həmin qrup üzrə maksimum nəticə qazanan digər abituriyent, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Nərgiz Məzahirqızı da Qafqaz Universitetinin Dünya iqtisadiyyatı fakültəsinə qəbul olduğunu deyib.
IV qrupda topladıqları 700 balla digər abituriyentlərdən fərqlənən Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunları Kamil Sərdarlı və Kamran Həmidovun hər ikisi Azərbaycan Tibb Universitetinə qəbul olublar. Eyni sinifin məzunları olan rekordçular ATU-nun Müalicə işi  fakültəsində də bir yerdə təhsillərini davam etdirəcəklər.
Qeyd edək ki, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 5 məzun 700 bal toplaya bilmişdi.
Anar RÜSTƏMOV
http://modern.az/articles/27702/1/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır