II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent Səfərov Orxan Arif oğlu: Qafqaz Universitetinin Sənaye mühəndisliyi ixtisasını seçmək istəyirəm

Xəbər verdiyimiz kimi, ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanlarında iki abituriyent maksimum nəticə əldə edərək, 700 bal toplayıb. Modern.az- 700 bal toplayan abituriyentlərindən biri Türkiyə Diyanət Vəqfi  Bakı Türk Liseyinin məzunu  Nərgiz Məzahirqızı barədə məlumatı və onun özünün təəssüratlarını təqdim etmişdi.

II ixtisas qrupu üzrə 700 bal toplayan digər abituriyent Qazax rayonun Ürkməzli kənd sakini Səfərov Orxan Arif oğludur. Modern.az-ın əməkdaşı Qazaxda olan Orxanla əlaqə yaradaraq, onun təəsüratlarını öyrənib.


Uşaqlıqdan yaxşı oxumağa maraq göstərdiyini deyən Orxan Səfərov qəbul imtahanlarında 700 bal toplayacağı haqda heç vaxt düşünmədiyini bildirib.

“İmtahana gedənə kimi, sözün düzü heç ağlıma da gəlməzdi ki, mən də 700 bal toplaya bilərəm. Çünki, sınaqlarda aşağı bal toplayırdım. Hər dəfə sınaqlarda iştirak etsəm də, istədiyim nəticəni qazana bilmirdim. Amma yenə də ümidimi itirmirdim. Sınaq imtahanlarından sonra ruh düşkünlüyü yaşasam da,  qardaşım mənə ürək-dirək verirdi. Onun mənəvi dəstəyindən sonra özümə ümidlərim artmağa başladı”.

Orxan deyib ki, 9-cu sinifdən repititor müəllim yanına hazırlığa gedib. “Qabaqcadan düşünürdüm ki, imtahanda suallar çox çətin olacaq. Amma, düşündüyüm kimi olmadı. Suallar mənim üçün bir o qədər də çətin deyildi. Coğrafiya mənim üçün çətin olsa da, risk etdim. İmtahan zamanı fikirləşirdim ki, 700 bal toplaya bilərəm.

Sualların düzgün cavabları çıxanda artıq bildik ki, 700 bal toplamışam. Amma yenə də inanmırdım, düşünürdüm ki, bəlkə 700-dən aşağı da ola bilər. Dünən cavablar açıqlananda çox sevindim. Bu mənim üçün, təmsil etdiyim rayon üçün böyük uğurdur”, - deyə Orxan vurğulayıb.


Mən bu uğura görə ilk növbədə ailəmə minnətdarlığımı bildirirəm. Təbii ki, məktəb müəllimlərimin, hazırlıq müəllimlərinin zəhmətini də unutmaq olmaz. Qeyd edim ki, ən böyük köməkçim mənim qardaşım idi”.
Anar RÜSTƏMOV
http://modern.az/articles/27291/1/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF