II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentlər Qafqaz Universitetində oxuyacaqlar

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə qəbul olan abituriyentlərin adlarını açıqlayıb.

II ixtisas qrupu üzrə 700 bal toplayan Qazax rayon, Ürkməzli kənd sakini
Orxan Səfərov isə Qafqaz Universitetinin sənayenin təşkili və idarəetmə fakültəsinə daxil olub.

Həmin qrup üzrə maksimum nəticə qazanan digər abituriyent, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu
Nərgiz Məzahirqızı da Qafqaz Universitetinin dünya iqtisadiyyatı fakültəsinə qəbul olduğunu deyib.

III ixtisas qrupu üzrə ən yüksək bal toplayan Sabunçu rayon 72 saylı məktəb-liseyin məzunu Xeyransa Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə qəbul olub. Arzuladığı fakültəyə qəbul olduğunu deyən X.Əliyeva uğurlarını bundan sonra da davam etdirəcəyini bildirib.

IV qrupda topladıqları 700 balla digər abituriyentlərdən fərqlənən Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunları Kamil Sərdarlı Kamran Həmidovun hər ikisi Azərbaycan Tibb Universitetinə qəbul olublar. Eyni sinfin məzunları olan rekordçular ATU-nun müalicə işi fakültəsində də bir yerdə təhsillərini davam etdirəcəklər.

Qeyd edək ki, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 5 məzun 700 bal toplaya bilmişdi.

Milli.Az
URL: http://www.milli.az/news/society/132998.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF