Qafqaz Universitetinin tələbələri Türkiyədə təcrübə keçirlər
Bakı, 1 avqust (AzərTAc). Qafqaz Universitetinin 100 tələbəsi
Türkiyədə ayrı-ayrı dövlət və özəl sektor müəssisələrində yay təcrübə
proqramlarında iştirak edir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, onlar əsasən iqtisadiyyat və idarəetmə fakültəsinin maliyyə, dünya iqtisadiyyatı, dövlət və bələdiyyə idarəetməsi, biznesin təşkili və idarəedilməsi, menecment, beynəlxalq münasibətlər, regionşünaslıq və mühəndislik fakültəsinin sənayenin təşkili və idarəolunması, kompyuter mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrdir.
Təcrübədə tələbələr ixtisasları ilə əlaqədar yeni tətbiqi bacarıqlar əldə edirlər.