Azərbaycanın Ombudsmanı Quba Özəl Türk liseyində



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanova, DİN Daxili Qoşunların Qərərgah rəisinin birinci müavini general-mayor Şahin Məmmədov və “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren Azərbaycan-Türkiyə Özəl Liseyinin Quba Özəl Türk Liseyində olublar. Qonaqlar əvvəlcə bu təhsil ocağının tədris şəraiti ilə yaxından tanış olmaq üçün liseyi gəzmiş, burada müəllimlər və şagirdlər üçün hazırlanmış şəraitlə tanış olublar. Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu 1993-cü ildən fəaliyyətə başlayan liseyin təhsildə əldə etdiyi nailiyyətləri və yeni tətbiq olunmuş elektron məktəb sistemi haqqında ətraflı məlumat verib. Ombudsman E. Süleymanova və general-mayor Ş. Məmmədov liseyin təhsildə əldə etdiyi uğurlardan və burada şagirdlər üçün hazırlanmış şəraitdən məmnun olduqlarını bildiriblər. Liseyin müəllim və şagird kollektivinə təhsildə yeni-yeni uğurlar diləyiblər.
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/637-azrbaycann-ombudsman-quba-oezl-tuerk-liseyindffff.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır