“Bilik Günü” bayramı “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrində geniş qeyd edilib

Respublikamızın bir sıra tədris müəssisələrində olduğu kimi, yeni tədris ilinin başlanması münasibətilə “Çağ” Öyrətim İşlətmələrinin Azərbaycan-Türkiyə Özəl Liseylərində, Mingəçevir, Gəncə, Şəki, Quba, Lənkəran, Ağdaş, Şirvan, Sumqayıt, “Dədə Qorqud”, “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında, Kafkas İlk öğretim okulunda eləcə də digər tədris müəssisələrində “Bilik Günü” geniş qeyd edilib. Bu münasibətlə liseylərdə təntənəli mərasimlər keçirilib. Mərasimlər Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb. Tədbirlərdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesud Kurnaz çıxış edərək, liseylərin otən tədris ilində əldə etdiyi nailiyyətlərdən, TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda eləcə də fənn olimpiadalarında şagirdlərin qazandıqları uğurlarından, bu nailiyyətlərin daha da artması üçün məktəblərdə lazımi şəraitin təşkil olunmasından danışıb. Yeni tədris ilində liseylərin müəllim şagird və kollektivinə uğurlar diləyib.  
Tədbirlərdə “Çağ” Öyrətim İşlətmələri şırkətinin müşaviri Ağarəsul Məmmədov, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarə rəisinin müavinləri Murat Topçu , Ayhan Sipahi, liseylərin müdirləri, ziyalılar və şagirdlər eləcə də valideynlər iştirak ediblər. Mərasimlərdə çıxış edən ziyalılar yeni başlanan hər bir tədris ilinin onlar üçün əsl bayram olduğunu söyləyiblər. Yeni tədris ilində daha yüksək uğurlara imza atmaq üçün məsuliyyətlə çalışacaqlarını bildiriblər. Daha yüksək nailiyyətlərin qazanılması üçün isə məktəb kollektvi ilə bərabər valideynlər də çalışmalı olduğunu xüsusi qeyd ediblər. Daha sonra bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda 600-dən yuxarı bal toplamış məzunları və dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq fənn olimpiadalarında nailiyyətlər əldə etmiş şagirdləri təbrik edərək onlara mükafatlar təqdim ediblər. Yeni dərs ilində Liseyin müəllim və şagirdlərinə təhsildə yeni-yeni nailiyyətlər arzulayıblar. 
Bundan başqa, “Qafqaz” Universiteti və “Araz” Kurslarında da yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilmişdir. 











Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF