“Çağ” Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrində yeni informasiya texnologiyaları uğurla tətbiq edilir-

Bakı, 25 sentyabr (AzərTAc). Sentyabrın 25-də Bakı Özəl Türk Liseyində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin (ÇÖİŞ) təhsil müəssisələrində yeni informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, təhsil işçilərinin və KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə ÇÖİŞ idarə heyətinin sədri Ənvər Özərən Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən danışmışdır.
Müasir dünyada təhsilin mühüm rolunu xatırladan Ə.Özərən dahi rəhbər Heydər Əliyevin bu sahəyə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır.
ÇÖİŞ-in fəaliyyəti barədə məlumat verən Ə.Özərən bildirmişdir ki, qurum on lisey, bir gimnaziya, bir ibtidai məktəb, 13 ali təhsilə hazırlıq kursları və bir universiteti (Qafqaz Universitetini) özündə birləşdirir. Bu təhsil ocaqlarında müvafiq sahənin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan bəhs edən Ə.Özərən qeyd etmişdir ki, məktəblilərimiz beynəlxalq fənn olimpiada və yarışlarında ümumilikdə 542 qızıl, gümüş və bürünc medallar qazanmışlar.
Sonra Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz, Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç çıxış etmişlər.
ÇÖİŞ-in təhsil müəssisələrində yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı geniş məlumat verilmişdir. Bildirilmişdir ki, liseylər, ali təhsilə hazırlıq kursları ümumi sayı 250 olmaqla “Ağıllı taxta” adlandırılan elektron lövhələrlə, digər müasir avadanlıqla təmin edilmişdir. Müəllimlər müvafiq kurslara cəlb olunmuş, qeyd edilən lövhələrdən səmərəli istifadə olunması üçün xüsusi təlim materialları hazırlanmışdır.
Elektron məktəbə keçidlə əlaqədar ötən dərs ilinin nəticələrinin monitorinqi aparılmışdır.
Müasir Azərbaycan təhsilində yeni informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətindən bəhs edən natiqlər müvafiq sahənin inkişafı üçün fikirlərini də bildirmişlər.
Sonra KİV nümayəndələri təhsil müəssisəsində yeni informasiya texnologiyalarının tətbiqi ilə tanış olmuşlar.
http://azertag.com/node/1005192

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır