Oktyabrın 17-dən 19-dək Tbilisidə “İKT-nın tətbiqi” mövzusunda konfrans keçiriləcəkdir.

Bakı, 23 sentyabr (AzərTAc). Oktyabrın 17-dən 19-dək Tbilisidə “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda VI Beynəlxalq konfrans keçiriləcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AzərTAc-a bildirmişlər ki, konfransın təşkilatçıları Gürcüstanın Təhsil və Elm Nazirliyi, Beynəlxalq Qaradəniz Universiteti (Tbilisi), Qafqaz Universiteti (Bakı), Tbilisi Dövlət və Gürcüstan Texniki universitetləridir.
Azərbaycan alimlərinin də iştirak edəcəkləri beynəlxalq konfransın məqsədi informasiya- kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə edilmiş yüksək innovativ elmi nəticələrlə bağlı bilik və təcrübə mübadiləsi aparmaqdır. Tədbir əsasən son zamanlar böyük maraq kəsb edən və daha çox diqqət mərkəzində olan naqilsiz internet, üçüncü və dördüncü nəsil mobil texnologiyaların inkişafına əsaslanan müxtəlif texniki problemləri əhatə edəcəkdir. Konfransda müvafiq elm sahələrində çalışan gənc alimlərə və mütəxəssislərə elmi nəticələrini geniş auditoriyada təqdim etmək, aktual məsələlərin optimal həllini tapmaq imkanı verilir.
Beynəlxalq tədbirdə İKT-nin təhsil, elm, iqtisadiyyat, biznes və idarəetmə, təhlükəsizlik, səhiyyə və dövlət strukturlarında tətbiqi ilə bağlı məruzələr dinləniləcəkdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF