Prezident təqaüdçülərinin 20 nəfəri “Qafqaz”ın tələbələridir


2012-2013-ü  tədris ilində Qafqaz Universitetinə 670 tələbə qəbul olub. Onların 52 nəfəri 650-dən, 152 nəfəri 600-dən yuxarı  bal  toplamış abituriyentlərdir.



 Bu barədə Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev məlumat verilib. Onun sözlərinə görə, bu il ali məktəblərə keçirilən imtahanlarda 700 bal toplamış 5 abituriyentdən 2-si Qafqaz Universitetini seçib. O daha sonra deyib: “Bu günlərdə ölkə başçısı 2012-2013-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamda adları çəkilənlərin 20 nəfəri Qafqaz Universitetinin tələbələridir”.
Qeyd edək ki, 2010-2011-ci tədris ilində Prezident təqaüdünə layiq görülmüş 102 tələbənin 25-i Qafqaz Universitetinin tələbəsi olub. Həmin tədris ilində 700 bal toplamış 7 nəfərdən 4-ü “Qafqaz”ı seçib. 2011-2012-ci tədris ilində də “Qafqaz”ın 25 nəfər tələbəsi Prezident təqaüdçüsü olub. Bir daha xatırladaq ki, 2011-2012-ci tədris ilində 700 bal toplamış 4 tələbənin hər biri Qafqaz Universitetinə qəbul olunub. Gülər Rəsul

http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=44907

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır