Qafqaz Universitetində “Bilik günü” və 2012/2013-cü tədris ilinin başlanmasına həsr edilmiş tədbir keçirilmişdir.

Bakı, 15 sentyabr (AzərTAc). Qafqaz Universitetində “Bilik günü”nə həsr edilmiş tədbir keçirilmişdir. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.
AzərTAc xəbər verir ki, ayrı-ayrı qurum nümayəndələrinin, Milli Məclis deputatlarının, təhsil işçilərinin və tələbələrin iştirak etdikləri tədbirdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin rəhbəri Ənvər Özərən, təhsil müəssisəsinin prorektorları, professorlar Cihan Bulut və Niftalı Qocayev cəmiyyətin tərəqqisində təhsilin mühüm rolundan danışmışlar.
Bu tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında maksimal bal - 700 bal toplayan 5 nəfərdən 2-si təhsillərini davam etdirmək üçün Qafqaz Universitetini seçmişdir.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Sərviz Süleymanov və Milli Məclisin deputatı Kamilə Əliyeva qəbul imtahanlarında 700 bal toplayan tələbələrə hədiyyələr təqdim etmiş və onlara təhsildə nailiyyətlər arzulamışlar.
Qəbul imtahanlarında 700 bal toplayaraq Qafqaz Universitetinə qəbul olunmuş Nərgiz Məzahirqızı və Orxan Səfərov bu təhsil müəssisəsini ən müasir tələblərə cavab verdiyi, dünya standartlarına uyğun tədrisi ilə fərqləndiyi üçün seçdiklərini qeyd etmişlər.
Sonra maraqlı konsert proqramı nümayiş etdirilmişdir.
http://www.azertag.gov.az/node/1001675

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF