Qafqaz Universitetində doktoranturaya qəbul başladı.


Azərbaycan Respublikası Milli Məclisi tərəfindən "Təhsil haqqında" qanun təsdiq olunduqdan sonra doktranturaların yaradılması və qəbul qaydaları 2010-cu ilin 1 iyul tariхində Nazirlər Kabinetinə tapşırılmışdır. 
Ali təhsil müəssələrində Doktoranturaların yaradılması və qəbul qaydalarına uyğun olaraq ölkədə yüksək iхtisaslı elmi -pedaqoji kadrların hazırlanması doktorantura və dissertantura yolu ilə həyata keçirilir. 
"Təhsil haqqında" qanunda doktoranturada təhsil həm əyani, həm də qiyabi şöbələr üzrə təhsil nəzərdə tutulmuşdur.
Qafqaz Universitetindədə Fəlsəfə doktoru proqramı üzrə sənədlərin qəbulu sentyabrın 17-dən oktyabrın 16-sına kimi davam edəcək. Fəlsəfə doktoru proqramı üzrə əyani təhsil 3 ildir. Qiyabi təhsil isə 4 ildir. Dissertantlıq yolu ilə təhsil 4 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. 
Qanundan irəli gələn tələblər üzrə Qafqaz Universitetində fəlsəfə doktoru proqramı üzrə kadrlar hazırlanması yönündə qəbul aparılmağa başlanmışdır. 

Fəlsəfə doktoru proqramı üzrə 2012-ci il üçün qəbul planı aşağıdakı kimidir.

20 - MEXANİKA
2002.01 - Deformasiya olunan bərk cism mexanikası
33 - TEXNİKA ELMLƏRİ
3338.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi
53 - İQTİSAD ELMLƏRİ
5310.01 - Dünya iqtisadiyyatı
5311.01 - Müəssisələrin təşkili və idarə olunması
57 - FİLOLOGİYA ELMLƏRİ
5710.01 - Türk dilləri
5717.01 - Türk xalqları ədəbiyyatı
5718.01 - Dünya ədəbiyyatı

Fəlsəfə doktoru proqramı üzrə 2012-ci il üçün dissertantların təhkimolunma planı aşağıdakı kimidir.

12 – RİYAZİYYAT ELMLƏRİ
1211.01 – Diferensial tənliklər
20 - MEXANİKA
2002.01 - Deformasiya olunan bərk cism mexanikası
22 – FİZİKA
2206.01 – Molekulyar fizika
33 - TEXNİKA ELMLƏRİ
3338.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi
53 - İQTİSAD ELMLƏRİ
5310.01 - Dünya iqtisadiyyatı
5311.01 - Müəssisələrin təşkili və idarə olunması
57 - FİLOLOGİYA ELMLƏRİ
5710.01 - Türk dilləri
5717.01 - Türk xalqları ədəbiyyatı
5718.01 - Dünya ədəbiyyatı

http://qu.edu.az/view_news.php?news=2533&link=224&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır