ABŞ-ın səfiri Qafqazda

Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açaraq qonağı bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Universitet haqqında qısaca məlumat verən rektor Amerikanın elmin mərkəzi sayılan bir dövlət olduğunu və bu ölkə ilə təhsil sahəsində əməkdaşlığın, qazanılan təcrübənin vacibliyini, əhəmiyyətini xüsusi vurğulayıb. Rektor çıxışının sonunda R.Morninqstarın bu vaxta qədər Azərbaycanla olan yaxın əlaqəsinin bundan sonra səfir olaraq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə də Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə ABŞ-ın ölkəmizdəki yeni səfiri Riçard Morninqstar çıxış edərək bildirib ki, o, bu vəzifəyə təyin olunana qədər Azərbaycana qısa müddətli səfərləri çox olub. Ölkəmizin bir çox bölgələrində olan səfir R.Morninqstar Azərbaycanı çox bəyəndiyini bildirərək dövlətimiz haqqında xoş fikirlərini söyləyib.
 
Qeyd edək ki, ABŞ-ın ölkəmizdəki səfiri Qafqaz Universitetində tələbələr üçün yaradılmış şəraitlə, təhsilin keyfiyyəti ilə həmçinin tələbələrin istifadəsinə verilmiş laboratoriyalarla yaxından tanış olub. O, buradakı təhsil imkanlarından razı qaldığını bildirib. Həmçinin tələbə-müəllim mübadiləsində təhsil proqramlarının daha da genişlənməsinin əhəmiyyətli olduğunu qeyd edib. Səfir Amerika- Azərbaycan arasında təhsil sahəsində qurulmuş əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb. Səfir R.Morninqstar çıxışının sonunda tələbələri maraqlandıran suallara cavab verib.
 
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru Ahmet Saniç ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstara xatirə plaketini təqdim edib.
Könül Kamilqızı

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır