Qafqaz Universiteti ilə daha bir Türkiyə universiteti arasında memorandum imzalanıb

Dünyanın 70-dək xarici ölkə universiteti ilə əməkdaşlıq edən Qafqaz Universiteti bu günlərdə daha bir xarici ali təhsil müəssisəsi ilə - Türkiyə Respublikasının Ağri şəhərində fəaliyyət göstərən Ağri İbrahim Çeçen Universiteti ilə əməkdaşlıq əlaqələri yaradıb. Qafqaz Universitetinin dəvəti ilə bu ali təhsil müəssisəsinə gəlmiş Ağri İbrahim Çeçen Universitetinin rektoru, professor İrfan Aslanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə oktyabrın 4-də Qafqaz Universitetində görüş keçirilib.
Görüşü Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç açaraq hörmətli qonaqları salamlayıb və səfərin məqsədlərindən danışıb. Ağri İbrahim Çeçen Universiteti haqqında məlumat verən A.Saniç yeni qurulan bu ali təhsil ocağının qısa müddət ərzində böyük inkişaf yolu keçdiyini, geniş kampuslara, müasir laboratoriyalara malik olduğunu vurğulayıb.
Görüşdə çıxış edən Ağri İbrahim Çeçen Universitetinin rektoru, professor İrfan Aslan səmimi qəbul üçün minnətdarlığını bildirib, iki universitet arasında əməkdaşlıq imkanları barədə faydalı fikir mübadiləsi apardıqlarını söyləyib.
Sonra Qafqaz Universiteti ilə Ağri İbrahim Çeçen Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç və Ağri İbrahim Çeçen Universitetinin rektoru, professor İrfan Aslan imzalayıblar.
Mərasimin sonunda professor İrfan Aslana Qafqaz Universitetinin plaketi təqdim olunub. 
Yusif ƏLİYEV

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF