“Ağıllı lövhələr” Sumqayıtda da təqdim olundu

Sumqayıt Özəl Türk Liseyində (SÖTL) də yeni dərs ilindən tədris prosesində elektron lövhələrdən (onlara ağıllı “ağıllı lövhələr” də deyilir) istifadə olunur. Bununla əlaqədar SÖTL-də təqdimat mərasimi keçirilib.
Liseyin müdiri Ahmet Camalan bildirib ki, hazırda dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən liseylərdə texnologiyanin son nailiyyəti olan “ağıllı lövhələr”dən istifadə olunur: “Çağ” Öyrətim İşlətmələri Şirkəti də həmişə təhsil sistemindəki müasir texnoloji yenilikləri öyrənir və Azərbaycana gətirir. Bütün bu yeniliklər şagirdlərimizin daha savadlı olmalarına  yardım edir. Artıq yeni tədris ilindən liseyimizin bütün sinif otaqlarında və laboratoriyalarında “ağıllı lövhələr” yerləşdirilib”. Onun sözlərinə görə, interaktiv lövhənin üstündə xüsusi elektron qələmlə yazmaq olur. Lövhə slaydları göstərməyə, şəkil çəkməyə (adi lövhədəki kimi), real vaxtda əks olunan şəklin üstündə qeydlər etməyə və onları kompyuter faylları qismində redaktə etmək üçün yaddaşda saxlamağa, printerdə çap etməyə, faks və yaxud elektron poçt vasitəsilə göndərməyə imkan verir.
Daha sonra müəllimlərin də iştirakı ilə “ağıllı lövhələr”in önəmindən danışan Ahmet bəy gənc nəslin bilik ehtiyaclarını köhnə metodlarla qarşılamağın çətinliyini vurğulayıb. O daha sonra deyib: “Bu lövhələr şagirdlərin daha yüksək şəkildə təhsil almaları və tam müasir biliklərə yiyələnmələri üçün çox vacib bir vasitədir. Hər hansı bir məlumat bu elektron lövhələrdə anındaca görünür. Bununla da vaxt itkisinin qarşısı alınır. Digər tərəfdən, bu lövhələr şagirdlərin dərsləri mənimsəmək effektivliyini qat-qat artırır, dərs daha maraqlı formada keçir. Şagirdlər, demək olar ki, yorulmurlar. Onu da deyim ki, şagirdlər müəyyən səbəbdən iştirak edə bilmədikləri dərsin elektron variantı ilə sonradan tanış ola bilər və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompyuterdə izləyə bilərlər”.


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF