Bakıda türk dünyası ölkələrinin uşaq ədəbiyyatı problemi müzakirə olunacaq



Oktyabrın 11-13-də Bakıda Qafqaz Universitetində “Türk Xalqları Uşaq Ədəbiyyatı” adlı beynəlxalq konqres keçiriləcək. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə universitetdən bildirilib.
Konqresin əsas məqsədi uşaq ədəbiyyatına diqqət çəkmək, türk dünyası xalqları ədəbiyyatının təbliği, 2008-ci ildə keçirilmiş konqresin nəticələrini təhlil edərək yeni vəzifə və hədəflər müəyyənləşdirməkdir.
Konqresin işində Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Dağıstan, Gürcüstan və Makedoniydan olan alimlər, yazıçı və şairlər, uşaq jurnallarının redaktorları iştirak edəcəklər. Konqres çərçivəsində bir sıra elm xadimlərinin məruzələri dinləniləcək, gələn qonaqlar Bakı şəhərini gəzəcək, tarixi məkanlarla tanışlıq olacaq.
2008-ci ildə təşkil olunmuş birinci konqresdə 8 ayrı ölkədən 58 Universitetin elm adamları, uşaq ədəbiyyatı yazıçıları, şairləri, uşaq jurnallarının redaktorları, müxtəlif nəşriyyat evlərinin rəhbərləri iştirak edib.
http://interfax.az/view/554526/az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF