II beynəlxalq türk xalqları uşaq ədəbiyyatı konfransı

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Çağ Öyrətim İşlətmələri Qafqaz Universiteti, Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Yazarlar Birliyinin həmsədrliyi ilə Qafqaz Universitetinin akt zalında ayrı–ayrı türkdilli ölkələrdən dəvət olunmuş alimlər, şairlər, yazıçılar, uşaq jurnallarının redaktorları, elm adamları, millət vəkilləri, universitet rektorları, mətbuat nümayəndələrinin iştirakı ilə II beynəlxalq “Türk xalqları uşaq ədəbiyyatı” adlı beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk başda olmaqla ölkələrimizin müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış və eləcə də elm, mədəniyyət və maarifimizin bu günlərə çatmasında əməyi keçmiş elm adamlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilmiş, Azərbaycan və Türkiyə dövlətinin himni səsləndirilmişdir.
Konfransda Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç, Azərbaycan Respublikasının təhsil naziri professor Misir Mərdanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və başqaları öz çıxışlarında uşaq ədəbiyyatına həsr olunmuş konfransın böyük əhəmiyyət kəsb etdiyini, uşaqların təlimində və xarakterlərinin formalaşmasında əvəzsiz rol oynadığını vurğuladılar.
Qeyd olundu ki, türk xalqlarının klassik və çağdaş əsərlərini tanıtmaq, türk xalqları arasında bu günə qədər görülmüş işlərin təbliğinə, inkişafına və ortaq bir müstəviyə nail olunmasına gəlmək, uşaq ədəbiyyatı sahəsində daha uğurlu addımlar atan müəlliflərin tanıdılmasına səy göstərmək, türk xalqları yazıçı və şairlərinin türk toplumlarının ortaq dəyərlərini əks etdirən əsərlərin ərsəyə gəlməsinə daha geniş yer ayrılsın.
Bundan başqa, 2008–ci ildə keçirilmiş I Türk xalqları uşaq ədəbiyatı konfransının nəticələri geniş təhlil edildi, yeni vəzifə və hədəflər müəyyənləşdirildi. Konfransın sponsorları—Azərbaycan–Amerika Alyansına, Azərbaycan Holdinq Şirkətinə, Türk İşbirliyi və Koordinasion Alyansı Başkanlığına, Ulduz şokolad fabrikinə, Kanyak Kultur Yayım qrupuna və Baksell şirkətinə paketlər təqdim olundu.
Plenar iclaslarla 3 gün davam edəcək tədbirə türk və Azərbaycan yazarları və alimlərinin çıxışları, bölmə iclaslarında müxtəlif elm adamlarının məqalələri, fikir və rəyləri dinləniləcəkdir. Rəngarəng proqramlar və Asiya ölkələrindən və Türkiyədən gələn elm adamlarına Bakı şəhəri gəzdiriləcək və tarixi məkanlarla tanışlıq olacaq.
Məhəmməd VƏLİYEV,
“Respublika”.
http://www.respublica-news.az/2012/10/12/33972/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır