Oktyabrın 11-13-də “Türk Xalqları Uşaq Ədəbiyyatı” adlı beynəlxalq konqres keçiriləcək.

11-13 oktyabr 2012-ci il tarıxındə  Qafqaz Universitetində 2008-ci ildə keçirdiyi “Türk Xalqları Uşaq Ədəbiyyatı” adlı beynəlxalq konqresin ikincisi təşkil olunacaq.
Bu konqres Azərbaycan Respublikası Təhsil Nazirliyi, Çağ Öyrətim İşlətmələri Qafqaz Universiteti, Azərbaycan Yazıçılar Birliyi, Türkiyə Yazarlar Birliğinin həmsədrliyi ilə təşkil olunmuşdur.
2008-ci ildə təşkil olunmuş konqresdə 8 ayrı ölkədən 58 Universitetin elm adamları, uşaq ədəbiyyatı yazıçıları, şairləri, uşaq jurnallarının redaktorları, müxtəlif nəşriyyat evlərinin rəhbərləri iştirak etmişdilər. Konqres ərəfəsində uşaq ədəbiyyatı şair və yazıçıları bəzi məktəbləri ziyarət edərək şagirdlərlə görüşmüşlər. Eyni zamanda müxtəlif ölkələrdən gələn elm adamları yerli televiziya kanallarında çıxış edərək bu konqresin əhəmiyyətindən bəhs etmişlər. Konqresin materiallar kitabının birincisi dərc olunaraq  konqresdən əvvəl iştirakçılara verilmişdir. 
I Beynəlxalq Uşaq Ədəbiyyatı Konqresinin yekun bəyanatında qeyd olunduğu kimi bu konqresin əsas məqsədi:
  • Milli, mənəvi, mədəni dəyərlər və millətlərin gələcəyi baxımından həyatın bütün mərhələlərində böyük əhəmiyyət kəsb edən uşaqların təlimində və xarakterlərinin formalaşmasında əvəzsiz rol oynayan Uşaq ədəbiyyatına diqqəti cəlb etmək;
  • Mövzu ilə əlaqədar Türk xalqlarının klassik və çağdaş əsərlərini tanıtmaq;
  • Türk xalqları arasında bu günə qədər görülmüş işlərin təbliğinə, inkişafına, ortaq bir müstəviyə daşınmasına nail olmaq;
  • Bu sahədə müştərək cəhətləri müəyyənləşdirmək;
  • Yazılmış yeni əsərlər və onların müəlliflərinin tanıdılmasına  səy göstərmək, yazıçı və şairləri türk toplumlarının ortaq dəyərlərini  əks  etdirən əsərlər qələmə almağa təşviq etmək;
  • Uşaqlar üçün əsərlər yazmağın çətin və məsuliyyətli bir iş olduğunu təlqin etmək,  bu önəmli vəzifə üçün müvafiq təşkilatları səfərbər olmağa dəvət etmək;
  • Bundan başqa 2008-ci ildə keçirilmiş konqresin nəticələrini təhlil edərək yeni vəzifə və hədəflər müəyyənləşdirməkdir.
Konqresdə 9 ayrı ölkələrin nümayəndələri - alimlər, şairlər, yazıçılar və  uşaq jurnallarının redaktorları, eyni zamanda 27 Universitetdən elm adamları iştirak edəcəklər.
Konqesin ilk günü açılış tədbirində Universitetin Rektoru Prof.Ahmet Saniç, Azərbaycan Respublikasının Təhsil Naziri Prof.Misir Mərdanov, Azərbaycan Yazıçılar Birliyinin Sədri şair Anar, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndəsi və qonaqlar çıxış edəcək, Konqresnin Qızıl Sponsorları- Azərbaycan Amerika Alyans və Azərsun Holdinq şirkətinə, gümüş sponsorları-Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığına, Ulduz Şokolad fabrikinə, Kaynak kültür yayın qrubuna və Baksellə plaketlər təqdim olunacaq. Daha sonra Türk Dili və Ədəbiyyatı Kafedrasının müdiri Prof.Ömer Okumuş bəyin rəhbərliyi ilə Plenar iclas keçiriləcək. Plenar iclasda  Prof. Dr. Qara Namazov,  uşaq ədəbiyyatı yazıçısı Bestami Yazgan çıxış edəcək. Daha sonra Firiddun Bəy Köçərli adına Uşaq Kitabxanasnın üzvü olan uşaqların çıxışı olacaq. Açılış tədbirindən sonra Konqres Bölmə iclasları ilə davam edəcək.
Konqresin ikinci günü Bölmə iclaslarında müxtəlif elm adamlarının məqalələri, fikirləri dinləniləcək. Günün sonunda isə Yekun iclası keçirilərək.
Konqresin üçüncü günü Asiya ölkələrindən və Türkiyədən gələn elm adamlarına Bakı şəhəri gəzdiriləcək, tarixi məkanlarla tanışlıq olacaq.


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır