Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Odlar Yurdu Universitetində olub

Bakı, 7 oktyabr (AzərTAc). Türkiyənin Ağrı İbrahim Çeçen Universitetinin rektoru, professor İrfan Aslanın başçılıq etdiyi nümayəndə heyəti və Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Odlar Yurdu Universitetində (OYU) olmuşlar.
OYU-dan AzərTAc-a bildirmişlər ki, qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstünü ziyarət etmişlər.
Sonra qonaqlar bu ali təhsil ocağının fəaliyyəti və “BSB” tam orta innovasiyalar məktəbi ilə tanış olmuşlar.
OYU-nun rektoru, Milli Məclisin deputatı, professor Əhməd Vəliyev ilə görüşdə qarşılıqlı əməkdaşlıq haqqında, tələbə və müəllim mübadiləsi, akademik əməkdaşlıq, mədəni əlaqələrin genişləndirilməsi məsələləri üzrə müzakirələr aparılmış və memorandum imzalanmışdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF