Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində “Ağıllı lövhə”nin tətbiqi ilə bağlı tədbir keçirilib



Oktyabrın 4-də  Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində Şəki Şəhər İcra Hakimiyyəti  Başçısının müavini, İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə xanım Cavadovanın və mərkəzi ofisi Şəkidə yerləşən “Kanal S” regional kanalının əməkdaşlarının iştirakı ilə yeni təhsil texnologiyalarından “Ağıllı Löhvə”nin və elektron məktəb sisteminin təqdimat mərasimi keçirildi. 
Tədbirdə çıxış edən Şəki ATÖL-nin müdiri Ömer Faruk İmat əvvəlcə liseydə tətbiq olunan yeni təhsil texnologiyaları, xüsusilə də “Ağıllı löhvə” və onun əhəmiyyəti haqqında ətraflı məlumat verib. O bildirdi ki, bu ildən başlayaraq şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələrin istifadə edilməsinə başlanılmışdır. 14 ədəd elektron lövhə alınaraq sinif otaqlarında quraşdırılmışdır.
Zərinə xanım Cavadova Şəki Özəl Türk Liseyinin sinif otaqları ilə, dərs prosesi ilə, liseydə şagirdlərə göstərilən kommunal, iaşə xidmətləri ilə, xüsusi ilə yataqxana binası ilə tanış oldu. Liseyin müdiri Ömer Faruk İmat,  qonağa liseyin təlim və tərbiyyə metodları ilə bağlı geniş məlumat verərək, şagirdlərin respublika və beynəlxalq olimpiadalarda qazandıqları uğurlardan danışdı.
Liseydə şagirdlər üçün təşkil olunmuş şəraitdən və dərs prosesindən çox razı qaldığını bildirən Zərinə xanım liseyin bütün kollektivinə öz dərin təşəkkürünü bildirib, yeni dərs ilində onlara uğurlar diləyib. Qonaq sonda  liseyin xatirə dəftərinə öz ürək sözlərini yazdı. 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır