Təhsil işçiləri liseydə “Ağıllı Lövhə” ilə yaxından tanış olublar

Oktyabrın 30-da Oğuz Rayon Təhsil şöbəsinin  müdiri  Elçin Kərimov, müavinləri Nəsimi Adıyev, metodkabinə müdiri Nəsimi Zahidov, Oğuz Rayon Azad Həmkarlar Təşkilatının sədri Telman Mustafayev, eləcə də təhsil şöbəsinin digər əməkdaşları və rayonun bir çox məktəb direktorları Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinə gələrək “Ağıllı Lövhə” ilə yaxından tanış olublar. Liseyin müdiri Ömer Faruk İmat qonaqlara yeni təhsil texnologiyaları, xüsusilə də “Ağıllı Lövhə” və onun əhəmiyyəti haqqında ətraflı məlumat verib.  O, bildirib ki, bu ildən başlayaraq şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələrin istifadə edilməsinə başlanılmışdır. 14 ədəd elektron lövhə alınaraq sinif otaqlarında quraşdırılmışdır. 

Sonra qonaqlar liseyin sinif otaqlarını gəzərək dərs prosesini izləmiş və interaktiv lövhələrlərdən istifadə qaydaları ilə tanış olublar. Liseydə tətbiq olunan bu yeni təhsil texnologiyalarının şagirdlərin daha yaxşı oxumasında xüsusilə də dərslərini daha yaxşı qavramasında mühüm əhəmiyyəti olacağına əmin olduqlarını bildiriblər. Bunun digər təhsil müəssisələrində də tətbiq olunmasını arzulayıblar. Liseydə şagirdlər üçün hazırlanmış şəraitdən və onların nizam-intizamından məmnun olduqlarını bildirən qonaqlar Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin kollektivinə təhsildə uğurlar arzulayıblar.    

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır