Təhsilimizin ulduzları bir arada

 

Yüksələn təhsilimizin bayraqdarı – Azərbaycan məktəblisi

Hər il, bir ənənə olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Çağ” Öyrətim Şirkəti dərs ilinin başlanğıcında “Təhsilimizin ulduzları” adlı proqram keçirir. Proqramda Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabe olan, ölkə təhsil sistemində özünəməxsus yeri və rolu olan “Çağ” Öyrətim şirkətinin təhsil müssisələrində məzun olmuş və yüksək bal toplayaraq seçdikləri ali məktəblərə qəbul olunmuş məzunlarla, həmçinin 2011-2012-cu dərs ilində beynəlxalq fənn və layihə olimpiadalarında yüksək nəticə əldə edərək ölkəmizə qızıl, gümüş və bürünc medallar gətirən şagirdlərlə görüş keçirilir, onların qələbələri, əldə etdikləri nailiyyətlər mükafatlandırlır.
      Bu il keçirilən tədbir “Çağ” Öyrətim Şirkətinin Fəxri Baş Müəllimi ümummilli lider Heydər Əliyevin 90 illiyinə və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 10-cu ildönümünə həsr olunaraq “Qafqaz” Universitetində geniş tədbir keçirildi. Əvvəlcə, ənənəvi olaraq Ümumilli Liderimiz və “Çağ” Öyrətim Şirkətinin Fəxri Baş Müəllimi Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və şəhid müəllimlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətindən, eləcədə 2012-cu il beynəlxalq fənn olimpiadalarında qazanılan qələbələr və məzunlarının ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri nailiyyətlərdən bəhs edən qısametrajlı filmin nümayişi olundu. Tədbirdə giriş sözü ilə çıxış edən “Qafqaz” Universitetinin rektoru professor Ahmet Saniç Azərbaycanda təhsilə göstərilən diqqətdən və qayğıdan, universitetin əldə etdiyi nailiyyətlərindən danışdı. Sonra ardıcıl olaraq səhnəyə Azərbaycan-Türkiyə Özəl Liseylərinin və “Araz” Kurslarının 2012-ci ildə TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ən yüksək bal toplamış şagirdləri, dinləyiciləri və Prezident Təqaüdünə layiq görülmüş məzunları, eləcə də respublika və beynəlxalq fənn və layihə olimpiadalrında medallar qazanmış şagirdləri dəvət ediblər. 
        2011-2012-cu tədris ilində beynəlxalq fənn olimpiadalarında yüksək nəticə əldə edən şagirdlərin və ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunların təltif edilməsi və mükafatlandırılması mərhələsinə keçildi. Təhsilimizin ulduzlarını millət vəkilləri Kəmalə xanım Əliyeva, Muxtar Babayev, Etibar Hüseynov, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vaqif Abbasov, Respublika Fizika Olimpiadası Təşkilat Komitəsinin sədri, professor Mirzəli Novruzov, Respublika kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, Azərbaycan dövlət miqrasiya xidmətinin sədr müavini Pərviz Musayev, “Çağ” Öyrətim İşlətmələri idarə heyətinin sədri Enver Özeren, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun və Azərbaycan Respublikası təhsil naziri prof. Misir Mərdanov təqdim etdilər. 
Tədbirdə çıxış edən“Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri dr. Enver Özeren öncə, toplantı iştirakçılarını salamladı və tədbirin mahiyyəti haqqında qısa məlumat verdi. E. Özeren çıxışında bildirdi ki, burada qazanılan müvəffəqiyyətlər bizə göstərilən etimada sədaqətlə çalışmağımızın nəticəsidir. Bu məsuliyyəti üzərimizdə hiss edərək fəaliyyət göstərməyimiz Azərbaycanın təhsildə medallar aləminə yüksəlməsi deməkdir. Beynəlxalq bilik  olimpiadalarında və ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərən tələbələrimizi təbrik edirəm. Azərbaycan Prezidentinin “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətindən razılığı, fəaliyyətimizin daha da genişləndirilməsini istədiyini deməsi və “Çağ” Öyrətim İşlətmələri Ümummilli Liderin əmanətidir” deməsi hamımızın məsuliyyətini daha da artırır və üzərimizə çox böyük məsuliyyətlər qoyur. Bu yaxınlarda ABŞ-da keçirilən “İpək yolu” festivalından söhbət açan natiq bildirdi ki, orada Azərbaycanın milli mədəniyyət nümunələri, qədim tarixi abidələrini, minlərlə tələbələr, 50 min amerikalı maraqla izləyib. Orada Azərbaycan diasporası fəal çalışır. 
Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun çıxış edərək Azərbaycanda təhsilə olan diqqətdən, ölkənin inkişafı üçün təhsilin əhəmiyyətindən, Azərbaycan -Türkiyə əlaqələrindən, dostluğundan danışaraq bu dostluğun daha da möhkəmlənəcəyini bildirib.
Toplantıda Azərbaycan Respublikası təhsil naziri prof. Misir Mərdanov çıxış etdi. Nazir çıxışında bildirdi ki, “Çağ” Öyrətim İşlətmələri Azərbaycanda 20 ildir fəaliyyət göstərir. Hər il bizlərə belə sevincli anlar yaşadır. Bu gün də nümunəvi bir tədbir keçirərək bizi bir daha sevindirir, etimada sədaqətini doğruldur. Mən bunu dəfələrlə demişəm bir daha deyirəm “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyəti bütün təhsil müəssisələri üçün bir örnəkdir. Bu şirkətin Azərbaycan təhsilinin inkişafında xüsusi rolu olub. Bu şirkət Azərbaycan-Türkiyə arasında elə bir körpü salıb ki, bu körpü ildən-ilə daha da möhkəmlənir, daha da genişlənir. Əminəm ki, bu körpünün daha da sonsuzluğadək genişlənəcəyini görəcəyik. Bu uşaqların yetişməsində əməyi olan valideyinlərlə bərabər müəlimləri təbrik edirəm, onların hər birinə mohkəm cansağlığı müvəffəqiyyətlər diləyirəm. 
“Çağ” Öyrətim İşlətmələrinin rəhbərliyinə tədris müəssisələrində çalışan bütün kollektvinə minnətdarlığımı bildirirəm. 
Tədbirdə “Qafqaz” Universitetinin və Azərbaycan-Türkiyə Özəl Liseylərinin özfəaliyyət kollektivi də maraqlı konsert proqramı ilə çıxış edib. 















 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır