“Təhsilimizin ulduzları” Qafqazda mükafatlandırıldı

 Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi, Azərbaycan prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 10-cu ildönümünə həsr edilmiş “Təhsilimizin ulduzları” adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir “Çağ” Öyrətim İşlətmələri Şirkəti (GÖİŞ) və Qafqaz Universitetinin təşkilatçılığı ilə baş tutub.Tədbirdə müvafiq qurumların nümayəndələri, Milli Məclisin deputatları, alimlər, təhsil işçiləri, şagird və tələbələr iştirak edib.
Yığıncağı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, müdrik şəxsiyyətin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Təhsil naziri Misir Mərdanov da dahi rəhbər Heydər Əliyevin təhsilin inkişafına xüsusi əhəmiyyət verdiyini, ümummilli liderin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirib. Azərbaycan-Türkiyə birliyini vurğulayan nazir ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladıb. M.Mərdanov müəllim və şagirdlərə, tələbələrə təhsildə yeni nailiyyətlər arzulayıb.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun isə müasir dünyada təhsilin mühüm rolu barədə söhbət açıb. Prezident İlham Əliyevin bu sahəyə böyük diqqət göstərdiyini bildirən səfir ölkələr arasındakı təhsil əlaqələrinin əhəmiyyətindən bəhs edib. “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən ÇÖİŞ-in təhsil müəssisələrində müvafiq sahənin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. O qeyd edib ki, ÇÖİŞ-in təhsil müəssisələrinin şagirdləri ayrı-ayrı ölkələrdə keçirilən beynəlxalq fənn olimpiadalarında yüksək nəticələr əldə ediblər. 1994-cü ildən indiyədək liseylərin şagirdləri 95 qızıl, 154 gümüş və 225 bürünc olmaqla cəmi 474 medal qazanıblar. Respublika fənn olimpiadalarında isə şagirdlər 211 qızıl, 240 gümüş, 239 bürünc medala sahib olublar. Məzunların 99 faizi hər il dünyanın ən müxtəlif universitetlərinə qəbul olunurlar.
http://sia.az/az/news/education/317836
Könül Kamilqızı

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF