Azərbaycanın “Bank of Baku” ASC ilə Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Qafqaz Universitetindən Gün.Az-a verilən məlumata görə, razılaşmanı “Bank of Baku”nun İdarə Heyətinin sədr müavini Zaur Qaraisayev və Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç imzalayıblar.


İmzalanan sazişin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır.

Sənəd universitet müəllimlərinin müasir informasiya texnologiyaları üzrə bankda stajkeçmə və ixtisasartırma kurslarının təşkili və keçirilməsi, universitet məzunlarının işlə təmin olunması, universitet tələbələrinin bankın bölmələrində istehsalat təcrübəsinin, müxtəlif müştərək elmi-texniki konfransların keçirilməsini və digər tədbirləri ehtiva edir.

Mirvari Kamilqızı
Gün.Az
http://gun.az/social/57428

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF