“ÇAĞ” ÖYRƏTİM İŞLƏTMƏLƏR ŞİRKƏTİNİN 20 İLLİK YUBİLEYİ KEÇİRİLDİ


Tədbirdə dövlət qurumlarının rəsmiləri və təhsil nümayəndələri iştirak ediblər
Ötən gün “Gülüstan” sarayında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan və “Çağ” öyrətim-etimada sədaqətlə” adlı yubiley gecəsi təşkil olunub. Tədbirdə Təhsil naziri Misir Mərdanov, Rabitə və Texnalogiya naziri Əli Abbasov, millət vəkilləri Abel Məhərrəmov, Qənirə Paşayeva, Nizami Cəfərov, Ceyhun Osmanlı, Şəmsəddin Hacıyev, Asim Mollazadə, Fazil Qəzənfəroğlu, Şəmsəddin Hacıyev, Fəzail Ağamalı, Yazıçılar Birliyinin sədri, yazıçı Anar, dövlət qurumlarının rəsmiləri və təhsil nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı Əkbər Əlizadə qonaqları salamladıqdan sonra, məlumat verərək bildirib ki, şirkətin 20 illik yubileyi Azərbaycanın siyasi və ictimai həyatında çox böyük əhəmiyyətə malik olan bir sıra hadisələrlə üst-üstə düşür. Şirkətin müəssisələri 2012-2013-cü dərs ilini ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı və ölkə prezidenti İlham Əliyev cənablarının ölkəyə rəhbərliyinin 10-cu ildönümünə həsr edib.

Bir dəqiqəlik sükutla Türk Dünyasının iki nəhəng şəxsiyyəti ümummilli lider Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsi yad olunub. Ardından Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib. Tədbir açıq elan edildikdən sonra Türkiyə Cümhiriyyətinin prezidenti Abdulla Gülün təbrik məktubu oxunub. Ardından şirkətin 20 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Aparıcının dəvəti ilə səhnəyə buyuran (ÇÖİŞ)-in idarə heyətinin sədri Ənvər Özərən şirkətin 20 illik fəaliyyəti barədə məlumat verib. Ə.Özərən çıxışında ümummilli lider Heydər Əliyevin şirkətin Azərbaycanda fəaliyyət göstərməsi, inkişafı üçün dəstək olduğunu, bu gün isə prezident İlham Əliyevin bu ideyaları uğurla davam etdirdiyini vurğulayıb. Çıxışını bitirdikdən sonra Ə.Özərən Təhsil naziri Misir Mərdanovu səhnəyə dəvət etdi və ona kitab hədiyyə edib. Misir Mərdanov çıxış edərək şirkətin Azərbaycanda uğurlu fəaliyyətindən, həyata keçirilən təhsil sisteminin önəmindən və faydasından danışıb.

Sonra aparıcı Əkbər Əlizadə şirkətin 20 illik yubileyi münasibətilə Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlamın ünvanladığı təbrikləri tədbir iştirakçılarının nəzətinə çatdırıb.

Tədbir boyunca Azərbaycanda təhsilin inkişafındakı xüsusi xidmətlərinə görə, “Çağ Öyrətim” şirkətinin bir qrup əməkdaşı Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi döş nişanı, fəxri fərman ilə təltif olunub. Eyni zamanda, 20 illik fəaliyyəti dövründə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin məzunları olan və bu gün öz fəaliyyətləri ilə fərqlənən insanlara fəxri fərman və hədiyyələr təqdim olunub.

Azər
http://simsar.az/news/a-28440.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF