İŞ DÜNYASI BÜLTENİN 41-Cİ SAYI NƏŞR OLUNDU

Hər dəfə oxucularının görüşünə fərqli yeniliklərlə gələn İş Dünyası bültenin 41-ci sayı nəşr olundu. Bültenin bu sayında Qafqaz Universitetində yay mövsümündə təşkil edilən Yay Məktəbi proqramı, tələbələrin ölkə daxili və ölkə xarici təcrübə proqramları, yeni tədris ilinin başlanması ilə keçirilən Bilik günü, universitetdə təşkil olunan müxtəlif görüşlər, yeni imzalanmış əməkdaşlıq müqavilələri, müxtəlif karyera proqramları, universitet müəllimlərinin həyata keçirdiyi müxtəlif təlimlər, məzunlarımızın uğurları və s. haqqında yazılar dərc olunmuşdur.               Qeyd olunanlarla yanaşı, bültenin bu sayında dərc olunmuş “Bizə xidmət edənləri unutmayaq”, “Doğrunun doğru olduğunu bilmək”, “İşçilərimizi tanıyırıqmı?”, “Kəpənək olmaq da asan deyil”, “Qəlb yarası”, “İnsana ən böyük təcrübəni çətinliklər qazandırır”, “Yaşamaq yanmaqdır yanasan gərək ”, “Ən doğru yalan”, “Müvəffəqiyyətin sirri xətalı qərarlar imiş” kimi qısa hekayələr də hər zaman olduğu kimi oxucuların marağına səbəb olacaqdır.
            İş Dünyası bültenin 41-ci sayı ilə http://qu.edu.az/library.php?link=83&action[book_view]=227 elektron ünvanında da tanış ola bilərsiniz.
            Xatırladaq ki, İş Dünyası bülteni Qafqaz Universitetində İş Dünyası ilə Əlaqələr üzrə prorektorluğun tərkibundə fəaliyyət göstərən Karyera Planlama və Daimi İnkişaf Mərkəzlərinin orqanı kimi nəşr olunur.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır