Osmaniyə Korkut Ata Universitetinin rektoru Prof.Dr.Orhan Büyükalaca Qafqaz Universitetini ziyarət etdi.

12 November, 2012,

Türkiyə  Cümhuriyyətinin  Adana  şəhərində yerləşən Osmaniyə Korkut Ata Universitetinin  rektoru Prof.Dr.Orhan Büyükalaca və onun  başçılıq etdiyi nümayəndə  heyəti Azərbaycana 3 günlük səfər ediblər. Səfərin məqsədi Azərbaycanın ali təhsil müəssisələri ilə tanış olmaq və Azərbaycandakı təhsil sistemi ilə maraqlanmaqdır. Rektor Prof.Dr.Orhan Büyükalaca ilk olaraq Qafqaz Universitetini ziyarət etmişdir.
Qafqaz Universitetində keçirilən görüşdə  Qafqaz Universitetinin  prorektoru  professor Niftalı Qocayev   Azərbaycanla Türkiyə  arasında olan birlik və bərabərlikdən  bəhs  edərək  Ulu  öndər H.Əliyevin kəlamını xatırlatmışdır,  Biz  "Bir millət, iki dövlətik!" və bu yolda da uğurla  addımlayırıq. Prorektor Niftalı Qocayev  Universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı məlumat verdi. Sonra qarşılıqlı əməkdaşlıq haqqında  bir çox məsələlər barədə müzakirələr aparıldı . Əsas müzakirələrdən biri də  universitetlər arasında  tələbə və müəllim mübadilələri, akademik əməkdaşlıq, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri öz əksini tapmışdır.
                                                 
 Qafqaz Universitetinin  mətbuat xidməti.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır