Qafqaz Universiteti daha bir yenilik etdi

Qafqaz Universiteti ilə Türkiyənin Muğla Sıtkı Kocman və Rizə Rəcəb Tayyib Ərdoğan Universitetləri arasında Anlaşma Memorandumu imzalanıb.

Qafqaz Universitetinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, memorandumun imzalanma mərasimi Universitetin Tempus ofisində keçirilib.
Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru professor Əhməd Saniç Azərbaycan və Türkiyə mehriban qardaşlıq münasibətlərindən danışıb. Rektor müasir dünyada təhsilin önəmli rolunu qeyd edərək bu sahədə əməkdaşlığın vacibliyini söyləyib.
Sonra söz Türkiyədən gələn Muğla Sıtkı Kocman universitetinin rektoru, professor Mansur Harmandara verilib. Rektor “Qafqaz Universitetinin nəaliyyətlərini çox duymuşdum, bəli indi də gəldim gördüm, duyduğum kimidir sizlərə başarılar arzulayıram” deyib. Sonra söz Rizə Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru, professor Arif Yılmaza verilib. Rektor Qafqaz Universiteti ilə qurulacaq əlaqələrin gözəl bəhrə verəcəyindən söz açıb. Sonra Anlaşma Memorandumu imzalanıb.
Sənədi Qafqaz Universitetinin rektoru Ahmet Saniç Türkiyənin Muğla Sıtkı Kocman  və Rizə Rəcəb Tayyib Ərdoğan Universitetlərinin rektorları imzalayıblar. Memorandumda universitetlər arasında elm və təhsil sahələrində əlaqələri inkişaf etdirmək və tələbə-müəllim mübadiləsi məsələləri nəzərdə tutulub.

Nigar Məmmədli
http://qafqazinfo.az/site/QAFQAZ_UNIVERSITETI_DAHA_BIR_YENILIK_ETDI-29699-xeber.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır