Qafqaz Universitetinin bir qrup müəllim heyəti Türkiyədə “texno park” modelini öyrəndilər

Qafqaz Universitetindən bir qrup müəllim heyəti Türkiyə universitetlərinin “texno park” modelini öyrənmək üçün 12-16 Noyabr tarixlərində Türkiyədə səfərdə olmuşlar. Müəllim heyəti Türkiyənin Hacettepe, Yıldız Texnik, Boğaziçi, Özyeğin, İstanbul Texnik və Yaxın Şərq Texniki Universitetlərinin texno parklarında olmuş, bu qurumların fəaliyyəti ilə tanış olaraq onların mövcud modelini öyrənmişlər.
Türkiyədə 45 texno park fəaliyyət göstərir.  Texno parkların fəaliyyəti son 10 ili əhatə etsədə, hazırda onların yüksək texnologiyaların ixracatında ciddi paya sahibdir. Qısa müddət ərzində fəaliyyətə başlamalarına baxmayaraq onların illik ixracatı bugünkü statistikalara görə 500 milyon ABŞ dollarından çoxdur və bu tendensiya ildən-ilə artmaqdadır.
Türkiyə texnoparklarının xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, başqa ölkələrdən fərqli olaraq burada adı çəkilən qurumlar universitetlərin tərkibində qurulur və beləliklə də akademik mühitlə sənayenin sinerjisini maksimum şəkildə təmin etmək olur.
Yaxın gələcəkdə Azərbaycanda da “texno park”ların qurulması prosesinin başlayacağını nəzərə alsaq Türkiyə modelinin tətbiq edilməsi çox faydalı olardı. Onuda qeyd  edək ki butipli “texno park” Qafqaz Universitetindədə yaxın vaxlarda qurulacaqdır.  

Qafqaz Universitetinin mətbuat xidməti.
http://qu.edu.az/view_news.php?news=2700&link=&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF