"Azercell" bu il də Tələbə Təqaüd Proqramını davam etdirir

Azərbaycan, Bakı, 20 dekabr /Trend/
"Azercell Telekom" MMC-nin elan etdiyi Tələbə Təqaüd Proqramı üzrə seçim başa çatıb.
Şirkətdən Trend-ə verilən məlumata görə, seçimin nəticələrinə əsasən müraciət etmiş 332 gənc arasından imtahan və müsahibələr yolu ilə 11 nəfər proqramın iştirakçısı seçilib. Proqramda qalib gələn gənclər tədris ili boyunca Azercell-dən hər ay 200 AZN miqdarında təqaüd alacaqlar ki, bu da onların iqtisadi asılılığının azaldılmasına və asudə vaxtlarını yalnız elmi tədqiqatlara yönəltməyə imkan verəcək.
Qaliblər Azərbaijan Dövlət İqtisadiyyat Universitetinin, Qafqaz Universitetinin, Azərbaycan Turizm Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Naxçıvan Dövlət Universitetinin tələbələridir.
Dekabrın 20-də "Azercell" şirkətinin prezidenti Kiril Qaburiç təqaüd proqramının iştirakçılarını qəbul edərək onları təbrik edib. Qeyd olunub ki, "Azercell" 2008-ci ildən etibarən Tələbə Təqaüd Proqramını təqdim edir. İndiyə qədər Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 50-yə yaxın tələbə proqramın verdiyi üstünlüklərdən yararlanıb.
Tələbə Təqaüd Proqramının üzvləri gələcəkdə şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılaraq telekommunikasiya sahəsində biliklərini artırmaq və Azercell-də təcrübə keçmək imkanlarını əldə edəcəklər.
Azercell-in istedadlı gənclərə yönəlik proqramları sırasında "Barama" layihəsini, Qafqaz Universitetində və Naxçıvan Dövlət Universitetində 4G laboratoriyalarının açılmasını və s. layihələri misal çəkmək olar. "Azercell", həmçinin tələbələr üçün xüsusi endirimləri nəzərdə tutan "Tələbə 1-liyi" tarif paketini təqdim edib. Bu paket tələbələrə öz aralarında 1 dəqiqəsi 1 qəpiyə danışmağa imkan verir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
http://az.trend.az/capital/it/2101358.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF