Beynəlxalq Hüquq bölməsinin 2002-ci il məzunlarıyla görüş keçirildi.

Noyabr ayının 29-da Qafqaz Universitetindən məzun  olan Beynəlxalq Hüquq bölməsinin 2002-ci il məzunlarıyla görüş keçirildi. Uzun zamandır görüşməyən, hər biri bir ailənin başçısıı, eyni zamanda müxtəlif müəssisələrin mütəxəssisləri, müdirləri olan bu məzunlarla görüş universitetin VİP salonunda keçirildi. Görüşə Universitetimizin rektoru professor Ahmet Saniç bəy də qatıldı.
İş dünyasının müxtəlif sferalarında yüksək nəaliyyətlər əldə etmiş məzunlara Universitetdəki yeniliklər və  prespektiflər haqqında məlumat verildi. Daha sonra Universitetin rektoru Professor Ahmet Saniç məzunları öz iş otağında qəbul edərək, onları iş dünyasında göstərdiyi yüksək uğurlarına görə təbrik edərək  hədiyyələr təqdim etdi. Eyni zamanda məzunlar tərəfindən verilən yeni təkliflər dəyərləndirildi.
Qeyd edək ki, məzunların şərəfinə Universitetin rektoru Professor Ahmed Saniç bəy tərəfindən nahar ziyafəti verildi.
Bundan sonra Universitet gəzilərək məzunlara məlumat verildi. Məzunlar belə gözəl binalara, belə gözəl əraziyə sahib olan Universitetləri ilə fəxr etdiklərini söylədilər. Qafqaz universitetinin məzunu olduqları ilə fəxr edən məzunlarımız bu təşkilatçılığa görə Məzun Koordinasiya şöbəsinə öz təşəkkürlərini bildirdilər və ən xoş təəsüratlarla bir daha görüşmək ümidi ilə ayrıldılar..
 Əlbəttə ki, son olaraq keçirilən gözəl dəqiqələr , dəyərli anlar foto şəkillərə köçürüldü.
 Dəyəli vaxtlarını Universitetimizi ziyarət etməyə ayırdıqları üçün məzunlarımıza təsşəkkür edirik.
 Anar Məmişov
http://qu.edu.az/view_news.php?news=2778&link=&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır