İğdır Universitetinin rəhbərliyi Qafqaz Universitetini seçib

06 December, 2012,Türkiyə Cümhuriyyətinin İğdır şəhərində fəaliyyət göstərən İğdır Universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaz və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana 3 günlük səfər edib.
Qafqaz Universitetinin  mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, səfərin məqsədi Azərbaycanın ali təhsil müəssisələri ilə tanış olmaq və memorandum imzalamaqdır.

İlk görüş və ilk memorandum Qafqaz Universitetində imzalanıb.

Qafqaz Universitetin Tempus otağında keçirilən görüşdə universitetinin rektoru professor  Ahmet Saniç Azərbaycanla Türkiyə arasında olan birlik və bərabərlikdən bəhs edərək ulu öndər H.Əliyevin kəlamını xatırladıb, biz  “Bir millət, iki dövlətik!” və bu yolda da uğurla  addımlayırıq.

Rektor Ahmet Saniç universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı məlumat verib. Sonra qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. İmzalanan sənəddə universitetlər arasında tələbə və müəllim mübadilələri, akademik əməkdaşlıq, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri öz əksini tapıb.

Ahmet Saniç tərəfindən qonağa xatirə plaketi təqdim olunub.

Mirvari Kamilqızı
Gün.Az

http://gun.az/social/58053

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF