Mingəçevir Özəl Türk Liseyi idman yarışında qalib oldu

Bu günlərdə Mingəçevir şəhər ümumtəhsil məktəblərinin spartakiadasının proqramına daxil edilmiş stolüstü tennis yarışında 1, 2, 3 və 4-cü yeri tutan şagirdləri şəhər təhsil şöbəsinin müdiri Nazir Sultanov qəbul edərək təbrik edib. Belə ki, qalib şagirdlərə və müəllimlərə diplom, kubok  və müxtəlif hədiyyələr təqdim edilib. Bu idman yarışında Mingəçevir Özəl Türk Liseyi təhsildə olduğu kimi idmanda da uğurlar əldə edərək 1-ci yeri tutmuşdur. Qaliblərin mükafatlandırılması mərasimində Mingəçevir şəhər təhsil şöbəsinin müdiri Nazir Sultanov çıxış edərək bildirib ki, Mingəçevir Səhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov digər sahələrlə bərabər bu sahəyə də diqqət və qayğı ilə yanaşır. Məqsədimiz əsasən idmanı gənclər arasında sevdirmək, onları pis vərdişlərdən çəkindirib  belə sahələrə yönəltməkdir. Əminəm ki, şagirdlərimiz onlar üçün hazırlanmış şəraitdən istifadə edərək idmanın digər növlərində də fəal iştirak edəcəklər. Qalib şagirdləri və onların məktəblərini təbrik edirəm. Sonra tədbirdə çıxış edən məktəb rəhbərləri də qalibləri təbrik ediblər. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF