Qafqaz Universiteti Rumıniyanın Güney Doğu Lumina Universiteti ilə memorandum imzaladı

Dekabrın 7-də Qafqaz Universitetində memorandum imzalandı. Rumıniyanın Güney Doğu  Lumina Universitetinin rektoru Dr. Ragıp Gökçel və   onun  başçılıq etdiyi nümayəndə  heyəti Azərbaycana 3 günlük səfər ediblər. Səfərin məqsədi Azərbaycanın ali təhsil müəssisələri ilə tanış olmaq və  memorandum  imzalamaqdır. 
İlk olaraq memorandum  Qafqaz Universiteti arasında  imzalanıb. Qafqaz Universitetin Tempus otağında   keçirilən görüşdə  Qafqaz Universitetinin  rektoru  professor  Ahmet Saniç Azərbaycanla Rumıniya arasında olan dostluqdan   bəhs  edib və bildirib ki, imzalanan əməkdaşlıq memorandumu Azərbaycan və Rumıniya təhsilinə öz tövhəsini verəcəkdir.
Daha sonra  rektor Ahmet Saniç Universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı məlumat verdi. Sonra qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. İmzalanan sənəddə universitetlər arasında  tələbə və müəllim mübadilələri, akademik əməkdaşlıq, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri öz əksini tapmışdır. Tədbirin sonunda rektor prof.Ahmet Saniç tərəfindən qonağa xatirə plaketi təqdim edilmişdir.
 http://qu.edu.az/view_news.php?news=2801&link=224&lang=az
                                              

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır