Qafqaz Universitetində Tələbə elmi konfransı keçirildi

Dekabırın 8-i  tarixində Qafqaz Universiteti və Müəllimlər İnstitutunun təşkilatçılığı ilə “Ədəbiyyat və dil” məsələlərinə həsr olunmuş Tələbə elmi konfransı keçirildi.  
Qafqaz Universitetində keçirilən bu tədbirdə Qafqaz Universitetinin və Müəllimlər İnstitutunun  müəllimləri, “Azərbaycan dili və ədəbiyyatı bölməsi”nin tələbə, magistr heyyəti iştirak edirdilər. Konfransda tələbələr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri üzrə dil və ədəbiyyat istiqamətindəki araşdırmalarını tədbir içtirakçılarının müzakirəsinə təqdim etdilər.
Tədbirdə  “Folklorizmlər Məmməd Araz yaradıcılığında üslub kimi” (Maya Yusifova. Qafqaz Universiteti ), “Füzuli qəzəllərində mübaliğə” ( Nilufər Cəfərova. Qafqaz Universiteti), “Mirzə Ələkbər Sabirin dili” (Vəfa Əmiraslanova. Qafqaz Universiteti), “Nəriman Həsənzadə yaradıcılığında bədii dil məsələləri” (Aytən Veysəlli. Müəllimlər İnstitutu), “”Dəli Kür” romanında bədii təsvirin linqvopoetikası” (Şərqiyyə Əhmədova. Qafqaz Universiteti), “Ramiz Rövşən yaradıcılığında qafiyə” (Sona Seyidli. Qafqaz Universiteti) və başqa mövzularda maraqlı çıxışlar oldu. 
Məruzələrdən sonra Pedaqoji fakültənin dekanı dr.Erdal Karaman və Universitetin müəllimləri çıxışlarında konfransın elmi əhəmiyyətindən, o cümlədən Qafqaz Universiteti ilə Müəllimlər İnstitutunun bu istiqamətdəki birgə fəaliyyətinin önəmindən danışdılar.  
Onlar “tələbə elmi konfransları"nın keçirilməsinin gənclərin elmə olan marağının artmasında və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynadığını qeyd etdilər. Tələbə elmi konfransında yekun müzakirələrdən sonra fərqlənən tələbələr sertifikatlarla təltif olundular.
Qafqaz Universiteti mətbuat xidməti.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır