“Qafqaz”Universiteti “Azərikimya” üçün yeni sayt hazırlayıb


Bu gün – dekabrın 27-də «Azərikimya» İstehsalat Birliyinin konfrans zalında ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin müasir informasiya texnologiyaları üzrə yenidən işlənərək, istifadə üçün daha çox texniki çeviklik və dinamiklik verilmiş yeni İnternet saytının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan «Azərikimya» İstehsalat Birliyinin İcraçı direktorunun müavini Xalıq Mustafayev iştirakçıları salamlamış və qeyd etmişdir ki, «Azərikimya» İB-nin öz internet saytının yeni, daha böyük imkanlara malik variantının hazırlanmasını artıq üçüncü ildir ki, sıx əməkdaşlıq etdiyi «Qafqaz» Universitetinin müəllim və tələbə heyətinə etibar etmişdir. Universitetin informasiya texnologiyaları üzrə gənc mütəxəs-sisləri və tələbələri bu işin öhdəsindən layiqincə gəlmişlər. Natiq bu mühüm əhəmiyyətli, zəngin elmi-texniki bilik və gərgin zəhmət tələb edən işə görə kimyaçılar adından Universitet rəhbərliyinə və yaradıcı qrupun üzvlərinə “Azərikimya”nın minnətdarlığını bildirmişdir.
Sonra Qafqaz Universitetinin müəllimi, İKT elmi-tədqiqat mərkəzinin rəhbəri Xəyyam Məsiyev gənc və istedadlı yaradıcı qrup tərəfindən «Azərikimya» İstehsalat Birliyinin yeni internet saytının yaradılması prosesində görülən işlər və onun texniki üstünlükləri barədə ətraflı məlumat vermiş və yaradıcı heyətin üzvlərini tədbir iştirakçılarına təqdim etmişdir. Saytın yaradıcıları kimyaçıları maraqlandıran suallara cavab vermişlər.
«Qafqaz» Universitetinin rektoru, professor Ahmet Saniç öz çıxışında «Qafqaz» Universiteti ilə «Azərikimya» İstehsalat Birliyinin qarşılıqlı-faydalı əməkdaşlığından geniş söhbət açmış, bu əlaqələrin yeni perspektivlər vəd etdiyini bildirmişdır.
«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxışında vurğulamışdır ki, bu gün internetin və informasiya texno-logiyalarının daim təkmilləşməsi hər bir internet istifadəçisinin dünyanın elmi-texniki yenilikləri, baş verən siyasi hadisələr, iqtisadiyyatın bu və ya digər sahəsində qazanılmış nailiyyətlər və s. haqqında geniş və hərtərəfli məlumat almağa imkan verir.
Birliyin kollektivi yaradıcı heyətə minnətdarlığını bildirərək, yüksək intellektə, texniki düşüncəyə malik geniş perspektivli gənc müəllimlərin və tələbələrin olmasından qürur duyduqlarını bildirmiş və belə istedadlı gəncləri olan Azərbaycanın daha yüksək uğurlara, qələbələrə nail olacaqlarına böyük inam ifadə etmişdır.
© Marja
http://marja.az/busines/sector/texnology/item/25248-“qafqaz”universiteti-“azərikimya”-üç�

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF