Quba Özəl Türk Liseyinin şagirdi karate üzrə dünya çempionatında iştirak edəcək

Noyabrın 25-də Bakı şəhərində Milli Dirçəliş Gününə həsr olunmuş ŞİTO Ryu Karate do Klubunun 11-12 yaşlılar arasında keçirilən Karate Do üzrə Respublika çempionatında Quba Özəl Türk Liseyinin 7-ci sinif şagirdi Tahir Hüseynli I yerə layiq görülüb. Məlumat üçün bildiririk ki, bundan əvvəl yəni noyabrın 14-də Milli Qəhrəman Yavər Şahbazovun xatirəsinə həsr olunmuş “Kontakt Karate-Do” üzrə şəhərlərarası turnirdə 35 kq. çəki dərəcəsində I yeri tutmuşdur. Xatırladaq ki, T. Hüseynli 2010-cu ilin iyun ayında Ukraynanın Odessa şəhərində keçirilən IX Beynəlxalq Turnir Çempinatında 8-9 yaş qrupunda Karate üzrə II yer tutmuşdur.
2011-ci ilin fevral ayında Azərbaycan Respublikası Kontakt Karate Federasiyasının təşkil etdiyi imtahanda bacarıq göstərək I dan qara kəmərinə layiq görülmüşdür. Dəfələrlə Respublika çempionu olan Tahir Hüseynli 7 yaşından başlayaraq 5 ildir ki, Karate ilə məşğul olur.
T. Hüseynli ötən 5 il ərzində Karate üzrə 17 medal qazanmışdır ki, bunlardan 9-u qızıl, 5-i gümüş, 3-ü bürünc medal olmuşdur. Bununla bərabər eyni zamanda Azərbaycan Respublikası Kontak Karate Federasiyasının, Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin, rayonun Uşaq Gənclər və İdman məktəbinin müxtəlif diplom və hədiyyələri ilə mükafatlandırılıb. Tahir Hüseynli bu ilin dekabr ayında keçiriləcək Karate üzrə Dünya Çempionatında da iştirak edəcək.
İdmanda ən yüksək nailiyyətlər qazanmaqla bərabər dərslərini də yaxşı oxuyan Quba Özəl Türk Liseyinin 7-ci sinif şagirdi Tahir Hüseynliyə uğurlar arzulayırıq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır