“Kompyuter bilikləri sahəsində milli test mərkəzlərinin yaradılması” layihəsinin açılış mərasimi keçirilmişdir

Bakı, 28 yanvar (AzərTAc). Qafqaz Universitetində Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində təhsil müəssisəsinin qazandığı “Kompyuter bilikləri sahəsində milli test mərkəzlərinin yaradılması” layihəsinin açılış mərasimi keçirilmişdir.
Universitetin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Latviya, Litva, İspaniya, İsveç və Polşa universitetləri nümayəndələrinin də qatıldıqları mərasimdə təhsil müəssisəsinin prorektoru, professor Cihan Bulud bu layihədə 5 Avropa və 11 yerli universitet nümayəndəsinin iştirak etdiyini bildirmişdir.
Layihə çərçivəsində bu test mərkəzlərinin Azərbaycanda qurulması üçün yerli mütəxəssislərin müəyyən müddətlərdə qeyd olunan ölkələrdəki universitetlərə ezam olunmaları, oradakı təcrübənin yaxından öyrənilərək ölkəmizdə tətbiqi nəzərdə tutulmuşdur. Üçillik layihə 2015-ci ilin oktyabrında başa çatacaqdır.
Layihənin yekununda Azərbaycanın müxtəlif universitetlərində sertifikatlaşdırılmış test mərkəzləri fəaliyyətə başlayacaqdır.
Qafqaz Universiteti 2008-ci ildən Avropa İttifaqının digər layihələrində də iştirak edir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır