QAFQAZ ARAŞDIRMALARI İNSTITUTUNUN AZƏRBAYCAN-TÜRKIYƏ MƏDƏNI ƏLAQƏLƏRINƏ NÖVBƏTI TÖHFƏSI

Yanvar ayının 11-də Qafqaz Araşdırmaları İnstitutunun müdiri dos.Mehmet Rıhtım Türkiyə Cümhuriyyəti, İstanbul Pendik Bələdiyyəsinin dəvətilə İstanbulda rəssam Viktor Vasyakinin rəsmlərindən mütəşəkkil sərgi açmışdır. ‘Bakü’de İstanbul Düşleri’ adlı sərgi Azərbaycan əsilli rus rəssam Viktor Vasyakinin İstanbulu təsvir etdiyi tablolardan ibarətdir. Rəsmlərin kolleksioneri olan Mehmet Rıhtım sərginin təşkilatçılığını həyata keçirməkdədir. Mehmet Akif Ersoy sənət mərkəzində yanvarın 21-ə qədər davam edəcək sərgidə rəssamın 14 yağlı və 29 sulu boya rəsmləri yer alır. Sərginin açılışını Ak Parti İstanbul millətvəkili Erol Kaya, Pendik Bələdiyyə Başkanı Dr. Kenan Şahin, Kaymakam Cafer Odabaş və İstanbul İl Genel Meclis Başkanı Hüsamettin Koçak etdi.
Rəssam Viktor Vasyakinin müəyyən səbəblərdən sərgiyə qatılmadığını söyləyən kolleksioner Mehmet Rıhtım “O bu rəsimləri çəkərkən arada bir soruşurdu, “İstanbul hələ də belədirmi?” Bu əsərlər təxminən 15 illik bir əməyin məhsuludur. Əsərlər çox incə və həssasdır. Sanki incə işlənmiş bir miniatür kimidir.” dedi.
Rəssam əsərlərində xüsusilə İstanbulun tarixi abidələri, məbədləri, şəhərin siluetini təsvir edib. Yaradıcılığının orijinallığı isə ondadır ki, yağlı və sulu boya çalışmaları sanki miniatür sənətini əks etdirir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF