Quba Özəl Türk Liseyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub



31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ilinin başlanması münasibətilə Quba Özəl Türk Liseyində Quba rayonun Amsar kənd orta məktəbi ilə birlikdə bayram şənliyi keçirilib. Tədbirdə Amsar kənd orta məktəbinin direktoru Habil Bayramlı və liseyin müdir müavini Mülkəmir İsmayılov, eləcə də tədbirin təşkilatçısı Məsut Bulak “Tariximiz və həmrəylik” mövzusunda çıxış edərək tədbirin əhəmiyyətindən, məktəblərarası münasibətlərin qurulmasından və bu mövzu ətrafında geniş fikir mübadiləsinin aparılmasının vacibliyindən danışıblar. Sonra şagirdlər Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasından və xalq şairi Qabilin “Azərbaycan əsgəri” şeirindən parçalar söyləyiblər və “Xocalı faciəsi”indən bəhs edən səhnəciklər göstəriblər. Tədbirdə antik əşyalardan ibarət əşyalarda nümayiş etdirilib.

Tədbirin sonunda bayram şənliyinin iştirakçıları rəmzi olaraq “Həmrəylik” tortu kəsiblər.   
 
 
 
 
 
 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF