Türkiyə Ali Təhsil Şurasının sədri: “Qafqaz” beynəlxalq universitetə çevrilib

 Bu barədə Bakıda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu) sədri Gökhan Çetinsaya bildirib. Onun sözlərinə görə, hazırda Türkiyə universitetlərində 5 minə yaxın azərbaycanlı tələbə təhsil alır: “Hazırda Türkiyə universitetlərinin birinə azərbaycanlı rektor rəhbərlik edir. İki ölkə arasında əlaqələr genişləndikcə Türkiyədə çalışan azərbaycanlı rektorların sayının artmasını arzu edirik”. Azərbaycanın təhsil nazirinin dəvəti ilə Bakıya səfər edən Çetinsayanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, daha sonra Şəhidlər xiyabanında şəhidlərin xatirəsini yad edib, Türk şəhidliyini də ziyarət edib. Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) də olub. 
Gökhan Çetinsaya dünən Qafqaz Universitetində də olub. Universitetin 20 illiyi münasibəti ilə keçirilən tədbirdə Ərzurum Atatürk Universitetinin rektoru Hikmət Koçak, Girəsun Universitetinin rektoru Aygün Attar, Rizə Tayip Ərdoğan Universitetinin rektoru Arif Yılmaz, Ardahan Universitetinin rektoru Ramazan Korkmaz, Anadolu Universitetinin rektoru Davut Aydın, Şimali İraq İşıq Universitetinin rektoru Ahmet Özbay, həmçinin Türkiyə səfirliyinin, Təhsil Nazirliyi nümayəndələri də iştirak edirdilər. Qafqaz Universitetlər Birliyinin rəhbəri Gökhan Çetinsaya görülməsi planlaşdırılan işlərdən danışdı. G. Çetinsaya Qafqaz Universitetlər Birliyinin inkişafının vacibliyini, dünyada nümunəvi səviyyəyə çatdırılmasının əhəmiyyətini qeyd etdi, bu işdə Azərbaycanın və Türkiyənin üzərinə çox böyük iş düşdüyünü vurğuladı. 
Türkiyə Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu) sədri “Qafqaz”ın beynəlxalq unversitetə çevrildiyini qeyd etdi. G. Çetinsaya Qafqaz Universitetlər Birliyinin illik toplantısının Azərbaycanda keçiriləcəyini də sözlərinə əlavə etdi. 
Əslən azərbaycanlı olan Girəsun Universitetinin rektoru Aygün Attar Çağ Öyrətim Şirkətinin və Qafqaz Universitetinin Azərbaycanda təhsilin inkişafındakı rolundan bəhs etdi. Sonda Qafqaz Universiteti ilə Girəsun Universiteti arasında memarandum imzalandı. Fədail Fətullayev
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=46766

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır