"Çağ Öyrətim"in prezidenti və Qafqaz Universitetinin rektoru Bakı Ali Neft Məktəbinin qonağı olublar - FOTO


Qonaqları salamlayan rektor Elmar Qasımov bildirib ki, bir ölkənin inkişafı onun savadlı kadr potensialından asılıdır. Dinamik sürətlə inkişaf edən ölkəmiz üçün müasir biliklərə yiyələnmiş yüksək ixtisaslı kadrların yetişdirilməsi olduqca vacib məsələlərdən biridir. Rektor qeyd edib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və beynəlxalq standartlara cavab verən dörd yeni ali təhsil müəsissəsinin yaradılması bu sahədə inkişafın bariz göstəricilərindəndir. Daha sonra Qasımov "Çağ Öyrətim İşlətmələri" şirkətinin Azərbaycanda təhsil sahəsində 20 il ərzində həyata keçirdiyi uğurlu layihələrdən söhbət açıb.

"Çağ Öyrətim İşlətmələri" şirkətinin prezidenti Ənvər Özərən kollektivi təbrik edərək bildirib ki, Azərbaycanda müasir standartlara cavab verən belə universitetlərin qurulması olduqca vacibdir. Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərindən danışan Özərən vurğulayıb ki, təhsil ölkənin inkişafı deməkdir. O, 20 il öncə Azərbaycana gəlməklərini xatırlayaraq qeyd edib ki, o zaman Azərbaycan üçün hər tərəfli ağır dövr idi, bütün bunlara baxmayaraq, ümummilli lider Heydər Əliyev təhsil sahəsinin nə qədər önəmli olduğunu nəzərə alaraq, bizim səmərəli fəaliyyətimiz üçün yüksək şərait yaradıb. Bu gün bu dəstəyi və yüksək diqqəti prezidentimiz İlham Əliyev davam etdirir.

Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç çıxış edərək bildirib ki, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbi ilə bir çox sahələrdə əməkdaşlıq etməyə hazırdır. O qeyd edib ki, bu iki universitet ümumi maraqlar baxımından bir- birilərinin təcrübələrindən yararlanmalıdırlar.

Milli.Az
http://www.milli.az/news/society/170089.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF