Doğulduğu Şəkidə Bəxtiyar Vahabzadənin anım tədbiri keçirilib

12 Fevral 2013 [12:52] - MİLLİ.AZ
Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 4-cü ildönümü ilə bağlı Şəki şəhərində anım mərasimi keçirilib.
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, anım mərasimi Şəki Şəhər İcra Hakimiyyəti və Qafqaz Universitetinin təşəbbüsü ilə baş tutub.

Mərasimdə Qafqaz Universitetinin rektoru Əhməd Saniç, Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, təhsil, səhiyyə və mədəniyyət sahəsində çalışan şəxslər, Şəki ziyalıları, müvafiq təşkilat nümayəndələri iştirak ediblər.

Tədbirdə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı, fəaliyyəti barədə mərasim iştirakçılarına geniş məlumat verilıb. Mərasimdə sairin seirləri oxunub, şeirlərinə bəstələnən mahnılar səslənib.

Sonda Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" əsəri Qafqaz Universiteti tələbələrinin ifasında göstərilib.

Milli.Az
URL: http://www.milli.az/news/video/168799.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır