«Evliya Çələbi Azərbaycanda…» Türkiyə səfirliyində məşhur türk səyyahının Azərbaycan səfərinə aid kitabın təqdimatı keçirildi

Türkiyənin Azərbaycandakı səfirliyində “Övliya Çələbinin Səyahətnaməsində Azərbaycan” kitabının təqdimat mərasimi keçirilib. Milli Məclisin deputatlarının və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə “Evliya Çələbi Azərbaycanda” adlı sərgi də təşkil olunub. Qafqaz Universiteti Qafqaz Araşdırmalar İnstitutu tərəfindən nəşr edilən kitabı filologiya elmləri üzrə fəlsəfə doktoru Mehmet Rıhtım nəşrə hazırlayıb. Kitabda Övliya Çələbinin yazdığı “Səyahətnamə” əsərində Azərbaycanla bağlı verilmiş bilgilər toplanıb. Təqdimat mərasimindı çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun bildirib ki, görkəmli türk səyyahı Evliya çələbinin Azərbaycana olan səfərləri əhatə olunan kitabda XVII əsr Azərbaycanın tarixi, coğrafiyası, ölkədəki siyasi durum, əhalisi, onun məşğuliyyəti və bir sıra qiymətli bilgilər əks olunub. 
Səfir onu da bildirib ki, Evliya Çələbinin qoyduğu bu materiallar Azərbaycan tarixçi və coğrafiyaşünasları üçün ciddi bir mənbə olacaq. Tədbirdə çıxış edən kitabın müəllifi Mehmet Rıhtım bildirib ki, Evliya çələbi tarixi ədib gözül ilə görən insan olub: “Evliyanın səyahət yolu qədim Azərbaycan torpaqlarından- Urmiyədən başlamış Naxçıvan, İrəvanı keçməklə, Təbrizə, Bakıya uzanır. Evliya Çələbinin təsviri ilə Naxçıvan, Gəncə, Bakı qalası tarixi sevən hər oxucunun gözləri qarşısında açılır. Onun Azərbaycanda gördüyü hər şey: bazarlar, karvansaralar, camilər, hamamlar o dövrün sosial-mədəni həyyatı haqqında əvəzssiz materialdır”.
Mehmet Rəhtım onu da deyib ki, Qafqaz Araşdırmalar İnstututu olaraq, 2011 -ci ildə Evliya Çələbinin 400 illik yubileyi münasibətilə nəşr edilən “Evliya Çələbi Azərbaycanda” adlı bu əsər Türkiyə və Azərbaycan arasında tarix və mədəniyyət araşdırmaları sahəsindəki əlaqələrin inkişafına öz tövhəsini verəcəyinə inanır.  
Tədbirin sonunda qonaqların iştirakı ilə “Evliya Çələbi Azərbaycanda” adlı sərgiyə baxış keçirilib.
Pərviz Həşimli
http://www.bizimyol.info/?sehife=1&xeber=7491

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır