Qafqaz Universitetində texnopark fəaliyyət göstərir

Qafqaz Universitetinin Mətbuat xidmətindən verilən məlumata görə, bu ali məktəbin rəyasət heyətinin və Elmi Şurasının qərarı ilə təhsil müəssisəsinin tərkibində texnopark təsis edilib. İlk vaxtlar əsasən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə fəaliyyət göstərən texnopark gələcəkdə digər istiqamətlərdə də innovativ ideyalara dəstək verməyi planlaşdırır. İnnovativ ideyaların inkişafında və tətbiqində maraqlı olan bu qurum Türkiyənin Orta Doğu Texniki Universitetinin texnoparkı ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur.
Qafqaz Universiteti texnoparkının təşkilatçılığı ilə bu il yanvarın 30-dan fevralın 3-dək bu ali təhsil ocağında təşəbbüskarlıq seminarları keçirilmişdir.
Təhsil işçiləri ilə yanaşı dövlət sektorunda fəaliyyət  göstərən gənclər, eləcə də özəl sektorda çalışan sahibkarlardan ibarət fərqli sahələrin nümayəndələri seminarların müdavimləri olmuşlar. Seminarlar Türkiyənin Orta Doğu Texniki Universiteti texnoparkının vitse-prezidenti, tanınmış təlimçi Utuk Batum tərəfindən keçirilmişdir. Müdavimlərə sertifikatlar verilmişdir. 
Yusif ƏLİYEV

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır